08 Avqust 2018 12:08
197
İQTİSADİYYAT
A- A+

Yol həm də inkişaf və mədəniyyət göstəricisidir

 

Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əldə olunan  sürətli tərəqqini  Qusar rayonunun timsalında da aydın görmək olar. Əsrarəngiz təbiəti və işgüzar insanları olan bu diyar son bir neçə il ərzində daha da abadlaşıb, burada xeyli yeni sosial obyekt istifadəyə verilib.

Qusarda yolların rahatlığına da xüsusi fikir verilir. Rayon ərazisindən keçən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Qusar-Həzrə və Qusar-Ləzə avtomobil yollarında cari təmir, çınqıl örtüklü Həzrə-Sudur, Qusar-Avaran, Aşağı İmamqulukənd-Yasaboba və Xuray-Suvacal yollarında təmir-hamarlama işləri görülüb.

Yoldan söhbət düşəndə Qusar-İmamqulukənd-Quxuroba yolundan danışmamaq mümkün deyil. Bu yolun keçdiyi ərazidə 12 min nəfər əhali yaşayır və xeyli vaxt idi onlar yolsuzluqdan əziyyət çəkirdilər. Hazırda yolda arx və yağış sularının ötürülməsi üçün iri diametrli boruların quraşdırılması, yolun genişləndirilməsinə maneçilik törədən təpələrin kəsilməsi, qaz, rabitə və elektrik xətlərinin köçürülməsi işləri başa çatıb, bəzi yerlərdə asfaltlama işlərinə başlanılıb. Samur-Həzrə-Zuxul, Həzrə-Sudur, Qusar-Suvaçal, Qusar-Xudat və digər abtomobil yollarında isə təmir işləri başa çatmaq üzrədir.

Yol daim istismara məruz  qalan və zaman-zaman təmirə ehtiyacı olan infrastruktur sahəsidir. Sonuncu dəfə ötən əsrin 90-cı illərində təmir edilmiş Qusar-Həzrə yolunun da yenidən qurulmasına və təmirinə  ehtiyac var idi. Bu yolun çox hissəsi  dağılmış, qalan hissələri isə dağılmaq təhlükəsi ilə üzləşmişdi. Odur ki, bir neçə ay əvvəl yolun köhnə Xudatdan Həzrəyə qədər olan hissəsində genişləndirmə işlərinə başlandı. Bütün texniki qaydalara uyğun təmir olunan yolda artıq ilk qat asfalt çəkilişi başa çatıb. Yaxın günlərdə  əsas  hissəyə asfalt çəkilərək yol istismara veriləcək.  

Bunlardan əlavə, rayon mərkəzində bir sıra küçələrin asfaltı dəyişdirilib, səkilər, piyada keçidləri sahmana salınıb, 10-a yaxın küçədə yolgöstərici xətlər çəkilib, kommunikasiya xətləri dəyişdirilib, sudaşıyıcı arxlar təmizlənib.

Qusarın turizm potensialı genişdir. İlin bütün fəsillərində burada xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Bu səbəbdən yollara daim nəzarət edilməsi xüsusi əhəmiyyət kəsb edir. Odur ki, rayonda bu amilə ciddi diqqət verilir.

 

A.İSMAYILOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video