Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

13:03 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əkin sahələrinin yandırılması iqtisadiyyata və ətraf mühitə ziyan vurur
Əkin sahələrinin yandırılması iqtisadiyyata və ətraf mühitə ziyan vurur
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 08.08.2018

 

Buna yol verənlər hüquqi məsuliyyət daşıyırlar

 

Bu il bütün dünyada rekord həddə istilər qeydə alınıb. Avropadan tutmuş Yaponiyayadək bütün ərazilərdə insanlar istidən əziyyət çəkib, hətta ölüm halları baş verib. Bunun nəticəsində yanğınlardan dəyən maddi ziyan daha yüksək olub. Temperaturun artması ilə Avropada meşə yanğınları fəlakətlə nəticələnib. Buna misal kimi Yunanıstanı göstərmək olar.
İnsanlar həm canlarını, həm də ev-eşiklərini itirdilər. Bunlar istilərdən yaranan təbii hal idi. Bizdə isə... Bu faktora çox vaxt özümüz səbəb oluruq. Xüsusilə də əkin sahələrinin yandırılması ətraf mühitə və torpağın münbit qatına böyük ziyan vurur.
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru Cavanşir Təlai əkin sahələrinin yandırılması barədə fermerlərdə yanlış təsəvvürün olduğunu deyir. Onlar bitki qalıqları barədə “gərəksizdir”, “səmərəsizdir” və hətta “ziyanlıdır” kimi yanlış təsəvvürlərə malikdirlər. Samanın, eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, həmçinin torpağın məhsul qatının məhv edilməsi deməkdir. Sözün həqiqi mənasında bu yanlışlıq bitkilərin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələri məhv edir. Nəticədə tədricən torpağın üst qatı məhsuldarlığını itirir, onun bərpasına isə illərlə vaxt lazım olur.
Taxıl sahələrinin yandırılmadan şumlanması torpağın bitki qalıqlarını parçalayaraq onun münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur. Eyni zamanda torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan yaradır. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, onun mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə pisləşməsinə gətirib çıxarır. Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinin itirilməsinə səbəb olur. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur.
Zəngin təcrübəsi olan kənd təsərrüfatı mütəxəssisi fermerlərə xəbərdarlıq edərək bildirir ki, yanğın zamanı yüksək temperatur torpağın üst qatına sistematik təsir edir. Bunun nəticəsində humus ehtiyatını, torpaq biotasını məhv edir və fiziki-kimyəvi xassələri, mexaniki strukturu dəyişir. Vahid sahədə saman 30-40 saniyədə yanır, amma bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Torpağın 0-5 santimetr qatında humus yanır, 10 santimetr qatında isə suyun buxarlanması baş verir. Samanın yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə bir ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Bu qədər gübrənin verilməsi isə fermerlər üçün böyük xərcdir. Nəticədə onlar öz səhvləri üzündən qazanc əldə etməkdən məhrum olurlar. Eyni zamanda biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.
Fermerlərdə belə bir yanlış təsəvvür var ki, əkin sahələrini yandırmaqla ziyanvericilərə qarşı mübarizə aparırlar. Əslində isə uzun illər ərzində aparılan elmi təhlillər nəticəsində müəyyən edilib ki, bir ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri var. Deməli, samanı yandırmayıb torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir. Təbii torpaq biotası çoxfaydalılıq xüsusiyyəti ilə fərqlənir. Məsələn, bir parabüzən özünün inkişaf prosesində 400-2000 mənənə fərdini məhv edir. Bitki qalıqlarının yandırılmasına dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi baxmaq olmaz. Belə ki, əksər zərərverici növlər yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər.
Alim həmçinin fermerlərə tövsiyə edir ki, arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən sonra sahələrdən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.
Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə şərait yaradır. Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir. Kövşənliyin yandırılması torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhvinə gətirib çıxarır. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur.
Dövlət ölkə iqtisadiyyatına və ekologiyasına ziyan vuran belə neqativ halların qarşısını almaq üçün qanunda sərt tədbirlərin görülməsini tətbiq edir. Fermerlər unutmamalıdırlar ki, bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bunun tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək.

Rüstəm KAMAL,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM