08 Avqust 2018 12:08
1724
ELANLAR
A- A+

“Azərişıq” ASC son yeniliklər barədə hesabat verib

 

“Azərişıq” ASC-nin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə abunəçilərə göstərdiyi xidmətlərdə yeniliklər edilib. Bunu “Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsinin rəisi Elsevər Rüstəmli bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl Nazirlər Kabineti əhali abunəçilərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 327 nömrəli qərar verib və həmin qərara əsasən evinə, bağına və ya həyətinə 20 kVt-a qədər mövcud 0,4 kV-luq şəbəkədən, birfazalı xətlə elektrik enerjisi çəkdirmək istəyən abunəçilər üçün qoşulma haqqının vahid məbləği müəyyən edilib. “Əvvəlki qayda ilə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Paralel olaraq “Azərişıq” ASC-nin ötən ayın sonunda tətbiq etdiyi başqa bir yeniliyə görə artıq istehlakçıların enerji təchizatı sxeminin dəyişdirilməsi - birfazalıdan üçfazalıya və ya əksinə, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsi yalnız “ASAN xidmət” və ya “ASAN kommunal” mərkəzləri vasitəsilə həyata keçirilir”.

 Elsevər Rüstəmli bildirib ki, ümumilikdə 2018-ci ilin arxada qalan 7 ayı ərzində “Azərişıq” ASC-nin “ASAN” vasitəsilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Daha doğrusu, mart ayında  “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “Yük hesabatının hazırlanması” və “İstehlakçının balansında olan elektrik şəbəkələrinə, onların  avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb.

Həmin xidmətlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət daşıyır. Sıralamada 13-cü olan “İstehlakçının balansında olan elektrik şəbəkələrinə, onların  avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidməti istehlakçılar üçün çoxdan gözlənilən xidmət hesab olunur. Çünki “Azərişıq” ASC-nin balansında olmayan istehlakçıların balansında olan elektrik avadanlıqlarının istismarı zamanı baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya ortaya çıxan problemlərin aradan qaldırılması üçün bu xidmət olduqca vacibdir.

“Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət arasında, heç şübhəsiz, əhali və qeyri əhali üçün texniki şərtlərin verilməsi, daha dəqiqi, abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətləri də xüsusi önəm daşıyır. Bu səbəbdəndir ki, “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmə təmin edilir. Həmçinin ASC-nin rəsmi saytında “Elektrik şəbəkəsinə necə qoşulaq” adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub. Ələlxüsus sosial şəbəkələrlə iş intensivləşdirilib “Azerishiq ASC” adlı facebook, “azerishiq.az” adlı instagram səhifələrində bütün yeniliklər, tariflər özünə yer alıb, şikayət və təkliflər bu dəqiqə də qəbul edilməkdədir. Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətlərinə baxılır. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınıb, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

Aparılan islahatlar və yeniliklərdən sonra 2018-ci ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə  11500-ə qədər evinə, bağına, yaxud həyətinə işıq çəkdirmək istəyən vətəndaş, 1700-ə qədər obyektini elektrik şəbəkəsinə qoşdurmaq istəyən sahibkar müraciət edib. “Sənədlərdə uyğunsuzluq və bu kimi obyektiv səbəblər istisna olmaqla, müraciətlərin böyük əksəriyyəti icra olunub. Ümumilikdə isə 7 ay ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə göstərdiyi 13 xidmət üzrə 101 min müraciət edilib. 

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video