Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

19:25 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
ANA SƏHİFƏ / Mədəniyyət
11:08 07.08.2018

 

 

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 7-də uğurla başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 30-da başlanan və doqquz gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın davam etdiyi günlərdə yerli musiqisevərlər və şəhərin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə simfonik, Azərbaycan dövlət simfonik orkestrlərinin, Kubanın “Jovanes Clasicos Del Son” qrupunun, İsrailin virtuoz pianoçularının, “Muğam” instrumental ansamblının müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra” kamera orkestrinin, Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının, Macarıstandan gəlmiş “Budapeşt Gypsy Band” musiqi qrupunun, “Clarte” klarnet kvartetinin, İsrailin dünya şöhrətli Yerusəlim simfonik orkestrinin, Gürcüstanın Tbilisi “Big Band” orkestrinin konsertlərini izləmək imkanı əldə ediblər. Festivalın konsertlərindən biri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında və açıq səhnədə, həmçinin rayon mədəniyyət mərkəzində keçirilən bu konsertləri minlərlə tamaşaçı böyük maraqla izləyib.

Avqustun 7-də axşam Qəbələ Rayon Mədəniyyət Mərkəzində X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, tanınmış musiqiçilər, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.

Bağlanış mərasimində Yerusəlim simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.

Tanınmış ispan bəstəkarı Salvador Brotonsun dirijorluğu ilə keçən konsertdə C.Rossininin “Sevilya bərbəri” operasından uvertüra və Don Bazilionun ariyası, C.Puççininin “Canni Skikki” və “Toska” operalarından ariyalar, “Bohema” operasından Müzettanın valsı, “Manon Lesko” operasından Manonun ariyası və İntermezzo, V.A.Motsartın “Don Juan” operasından Leporellonun ariyası, Tserlina və Don Juanın dueti, C.Verdinin “Taleyin gücü”, “Don Karlos” və “Otello” operalarından ariyalar, J.Massnenin “Verter” operasından Verterin ariyası və dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası ifa edilib.

Solistlər Giorgi Çelidzenin (Gürcüstan), Elnarə Məmmədovanın, Adil Axundovun, Məhərrəm Hüseynovun, Kiara İsottonun (İtaliya), Mine Kurtoğlunun (Türkiyə) və Xalq artisti Samir Cəfərovun ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Traviata” operasından “Brindisi” ifa ediblər.

X Qəbələ Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb.

Xatırladaq ki, bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən Qəbələyə çoxlu musiqi həvəskarı gəlib. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar bundan böyük zövq alıblar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival onu da təsdiqləyib ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

Beynəlxalq festival çərçivəsində bir sıra tanınmış musiqiçilər təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşərək, bu musiqi bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirib və yenidən bu füsunkar məkanda görüşmək arzularını dilə gətiriblər.

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli: Qəbələ Beynəlxalq Musiqi Festivalı ildən-ilə böyüyən auditoriyası və ahəngdar musiqi keyfiyyəti ilə diqqəti cəlb edir. Azərbaycan həqiqətən öz zəngin tarixi və ənənələrinə görə dünyada gözəl ölkələrdən biridir. Artıq 10 ildir ki, Azərbaycanın dilbər guşəsi olan Qəbələdə keçirilən bu festival ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün çox yaxşı vasitədir.

Festivalın bədii rəhbəri, İsrailin Yerusəlim simfonik orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski: Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə təəssüratları bir neçə cümlə ilə ifadə etmək çox çətindir. Təkcə onu qeyd edim ki, bu musiqi bayramı dünyada keçirilən festivallar içərisində öz yüksək təşkilatçılığı və səviyyəsi baxımından ön sıralarda yer alır. Ənənəvi olaraq hər il keçirilən bu festivalda dünyanın ən məşhur musiqi kollektivləri, kamera və simfonik orkestrlər, dünya şöhrətli ifaçılar, dirijorlar iştirak edirlər. Qəbələ Festivalı Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən biridir, çox gözəl musiqi bayramıdır. Mən bu möhtəşəm musiqi layihəsini dəstəklədiyinə görə Fondun prezidenti, birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, pianoçu Murad Adıgözəlzadə: Qəbələdə ənənəvi olaraq keçirilən beynəlxalq musiqi festivalı Azərbaycanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Bu festival musiqimizin dünyada tanıdılması və təbliği baxımından böyük rol oynayır. Festival günlərində Qəbələyə gələn xarici qonaqlar Azərbaycanın, onun bölgələrinin sürətli inkişafını öz gözləri ilə görür, xalqımızın adət-ənənələri, mədəniyyəti, musiqisi ilə yaxından tanış olurlar. Onların ölkəmiz haqqında təəssüratları daha da zənginləşir. Qəbələ Festivalı bu baxımdan da çox böyük əhəmiyyətə malikdir.

Kubanın məşhur “Jovanes Clasicos Del Son” qrupunun rəhbəri Ernesto Reyes Proenza: Qəbələdə keçirilən beynəlxalq musiqi festivalına yenidən dəvət aldığımıza görə təşkilatçılara minnətdarlığımızı bildiririk. Bu, qrupumuzun Qəbələyə ikinci səfəridir. İki il əvvəl də bu gözəl şəhərdə keçirilən festivalda iştirak etmişik. Həmin konsertdə tamaşaçıların Latın Amerikası ölkələri musiqisinə böyük maraq göstərdiklərinin şahidi olduq. Onlar bizim rəqqaslarla birlikdə rəqs etdilər, bizi ruhlandırdılar. Qrupumuz caz və digər musiqi janrlarının elementlərini bir araya gətirməklə, tamaşaçılara ənənəvi Kuba musiqisini müasir yanaşma ilə təqdim etdi. Güman edirik ki, konsert tamaşaçıların ürəyincə oldu. Yüksək səviyyədə təşkil edilən bu musiqi festivalı xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir. Əminəm ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalında yenidən görüşəcəyik...


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM