Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:19 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gömrük yığımlarının məbləğlərində dəyişikliklərlə bağlı bəzi KİV-lərdə yayılan əsassız fikirlərə aydınlıq gətirilib
Gömrük yığımlarının məbləğlərində dəyişikliklərlə bağlı bəzi KİV-lərdə yayılan əsassız fikirlərə aydınlıq gətirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:08 07.08.2018

 

 

Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli qərarının guya ölkədə qiymət artımına səbəb olacağı barədə bəzi kütləvi informasiya vasitələrində yer alan əsassız fikirlərlə bağlı məlumat yayıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib ki, avqustun 7-də bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli 344 nömrəli qərarı şərh edilərək, bu qərarın ölkədə qiymət artımına səbəb olacağı barədə əsassız fikirlər səsləndirilib.

Dövlət Gömrük Komitəsi bildirir ki, söhbət gömrük rüsumlarından deyil, gömrük yığımlarından gedir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir. Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar, bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar daxildir.

Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 6 avqust tarixli 344 nömrəli qərarı 30 gündən sonra qüvvəyə minəcək. Belə ki, bu qaydalara əsasən gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımlarının tərkib hissəsi olan malların gömrük rəsmiləşdirilməsinə və müşayiətinə görə gömrük yığımlarında bəzi dəyişikliklər edilib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, qərar layihəsi hazırlanarkən idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınıb. Belə ki, 2017-ci il üzrə aparılan təhlillərə əsasən bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 45 faizinin gömrük dəyəri 50 min manatadək olub. Bu da malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının yeni məbləğləri ilə müqayisədə min manatadək olan hissədə 5 manat, 10 min manatadək olan hissədə 10 manat və 50 min manatadək olan hissədə 20 manat əlavə deməkdir. Eyni zamanda, 50 min manatdan 100 min manatadək gömrük dəyəri olan malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların yeni məbləğləri 100 manat, 100 min manatdan 500 min manatadək olan hissədə isə 25 manat artıb.

Xatırladaq ki, 2017-ci ilin göstəricilərində bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 90 faizdən çoxu gömrük dəyəri 500 min manatadək olub. Belə olan halda bu dəyişikliklər daxili bazarda heç bir qiymət artımı ilə nəticələnə bilməz.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM