07 Avqust 2018 05:08
131
DÜNYA
A- A+

Avropa İttifaqı ABŞ-ın İrana qarşı sanksiyalarından müdafiə olunur

Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarından zərər çəkə biləcək Avropa şirkətlərinin müdafiəsi üçün tədbirlər həyata keçirmişdir. Müvafiq sərəncam dünən Aİ-nin rəsmi jurnalında işıq üzü görmüşdür.

Sənəddə deyilir ki, ABŞ-ın İrana qarşı bərpa etdiyi bəzi cərimə tədbirlərinin Aİ ərazisində qüvvəsi yoxdur və bu sanksiyalar Aİ-nin, habelə öz hüquqlarını Aİ-nin Fəaliyyəti haqqında Müqavilə əsasında reallaşdıran fiziki və hüquqi şəxslərin maraqlarına ziddir. Brüssel hesab edir ki, bu hərəkət beynəlxalq hüququ pozur.

Sərəncama əsasən, İran Aİ-nin zəmanəti ilə Avropa İnvestisiya Bankından maliyyə dəstəyi ala biləcək ölkələrin və regionların siyahısına daxildir.

Brüssel həmçinin Avropa şirkətlərini ABŞ və digər ölkələrin sanksiya təhdidlərinə məhəl qoymamağa çağırır. Bunun əvəzində şirkətlərə sanksiyalar nəticəsində maliyyə itkisinə uğrayacağı təqdirdə kompensasiya vəd olunur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video