Alternative content

11:53 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyalı dirijor: İnsanlar Qəbələ festivalına böyük maraq göstərir
Rusiyalı dirijor: İnsanlar Qəbələ festivalına böyük maraq göstərir
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 07.08.2018

Qəbələ festivalına dəvət aldığıma görə təşkilatçılara minnətdarlığımı bildirirəm. İkinci gündür ki, bu gözəl şəhərdəyəm. İlk baxışdan da hiss olunur ki, festival çox yüksək səviyyədə təşkil olunub. İnsanlar festivala böyük maraq göstərir. Bura dünyanın hər yerindən insanlar gəlir. Festivalın proqramı çox zəngin və rəngarəngdir. Bildiyimə görə, festivalın əvvəlki günlərində burada tanınmış musiqi kollektivləri, ifaçılar çıxış ediblər, müxtəlif janrlı musiqilər ifa olunub. Şadam ki, dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin konsertlərindən birini idarə etmək dirijor kimi mənə həvalə edilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, rusiyalı dirijor Mixail Xoxlov deyib.

Festivalın yüksək səviyyədə keçməsində bu möhtəşəm musiqi layihəsinin təşkilatçısı olan Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayan rusiyalı dirijor mədəniyyətin qorunması və inkişafına, müxtəlif ölkələr, xalqlar arasında mədəni əlaqələrin genişlənməsinə göstərdiyi dəstəyə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürünü bildirib.