Alternative content

05:03 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır
Dövlət Məşğulluq Xidmətinin qabaqcıl Avropa təcrübəsi əsasında yeni xidmət modeli yaradılır
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 07.08.2018

Hazırda qurulmaqda olan məşğulluq portalı Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək. Bu, hər hansı vətəndaş işdən azad olunduğu, yəni onunla əmək müqaviləsinə xitam verildiyi anda artıq işaxtaran vətəndaş kimi məşğulluq portalında dərhal qeydə alınmasına və vakant vəzifənin təqdim olunmasına imkan verəcək. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin səmərəli məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirlərin səmərəliliyinin və şəffaflığının artırılması istiqamətində təkliflərin hazırlanması üzrə nazirlikdə yaradılmış işçi qrupunun iclasında bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazir aparılan islahatların əsas məqsədlərindən birinin dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, bu sahədə xidmətlərin çevikliyinin, işsiz və işaxtaranlara asan əlçatanlığının təmin olunması olduğunu vurğulayıb. Onun sözlərinə görə bu istiqamətdə mühüm addım kimi məşğulluq xidmətlərinin elektron müstəvidə qurulması, məşğulluq portalının yaradılması işləri davam etdirilir. Eyni zamanda, müvafiq Tvinninq layihəsi çərçivəsində avropalı ekspertlərlə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti üzrə Avropanın qabaqcıl təcrübəsi əsasında yeni xidmət modelinin yaradılması təmin olunacaq.

S.Babayev diqqətə çatdırıb ki, aparılan işlər çərçivəsində “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsinin artıq təkmil şəkildə son versiyası hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Həmçinin “Məşğulluq haqqında” Qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlanıb. Peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələr hazırlanaraq aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərilib.

Özünüməşğulluq proqramının təkmilləşdirilməsi ilə bağlı təkliflərin də hazırlandığını vurğulayan S.Babayev əlilliyi olan insanların məşğulluq imkanlarına yiyələnməsində bu proqramın imkanlarından geniş şəkildə istifadə olunmasının, habelə həmin insanların işlə təminatı üçün müəssisələrdə kvota əsasında iş yerlərinin müəyyən olunması məsələsinə diqqətin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Nazir aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması üçün konkret addımların atılmasının təmin ediləcəyini, həmçinin işsiz və işaxtaran şəxslər üçün regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin genişləndiriləcəyini deyib.

İclasda işçi qrupu tərəfindən görülən işlər, aktiv məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması hazırlanan təkliflər, beynəlxalq əməkdaşlıq müstəvisində icra olunan layihələr və s. müzakirə olunub.