Alternative content

18:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Perseid meteor yağışı
Perseid meteor yağışı
ANA SƏHİFƏ / Elm və texnika
12:08 07.08.2018

 

Meteor yağışı dağlıq ərazilərdə adi gözlə müşahidə olunacaq

 

Perseid meteor yağışı artıq başlayıb. Avqustun 11-12-də isə onun pik həddə çatacağı gözlənilir. Bu təbiət hadisəsini müşahidə etmək üçün heç bir astronomik cihaza ehtiyac yoxdur. Bu prosesi dağlıq ərazilərdə adi gözlə də müşahidə etmək olar. Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd olunub ki, asteroidlərin toqquşması, kometlərin parçalanması nəticəsində planetlərarası fəzada qaz və toz hissəcikləri yaranır. Bu toz hissəcikləri çox böyük sürətlə atmosferə daxil olduğu zaman sürtünmədən yanmağa başlayır. Biz adi gözlə baxdığımızda 3-5 saniyəlik işıqlanma müşahidə edirik. Bizə elə gəlir ki, sanki ulduz düşür. Amma ulduz düşməz. Bu müşahidə etdiyimiz hadisə meteor yağışıdır. Bəzi meteor cisimlərinin sürəti saniyədə 30-40 kilometr olur. Meteorların əksəriyyəti Yer atmosferinin 80-120 kilometrliyində alışır. 30-40 kilometr hündürlükdə isə toz şəklində atmosferə qarışaraq sönür.

Maraqlı cəhət ondan ibarətdir ki, meteor seli hər il eyni fəallıqda olmur. Fəallıq müəyyən periodlarda maksimum həddə çatır. Bu zaman meteor seli o qədər güclü olur ki, bu hadisə “ulduz yağışı” adlanır. Yer meteor selinin sıx olduğu meteor orbiti sahəsindən keçən zaman ulduz yağışları müşahidə edilir. Hər il iyulun ortalarından avqustun ortalarına qədər radiantı Persey bürcündə olan meteor seli müşahidə edilir. Bunlar bürcün adına uyğun olaraq Perseidlər adlanır.