Alternative content

12:54 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda ABŞ-ın hərbi zərbələri və taliblərin hücumu nəticəsində 50 nəfər ölüb
Əfqanıstanda ABŞ-ın hərbi zərbələri və taliblərin hücumu nəticəsində 50 nəfər ölüb
ANA SƏHİFƏ / DÜNYA
12:08 07.08.2018

ABŞ hərbi hava qüvvələrinin aviazərbələri və Taliban hərəkatının hücumları nəticəsində Əfqanıstanın şərqindəki Lohar vilayətində azı 50 dinc sakin və təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub.

AZƏRTAC “Ria Novisti” agentliyinə istinadla xəbər verir ki, Taliban terror təşkilatının nümayəndəsi Zəbiullah Mücahid hücum faktını təsdiqləyib. Lakin zərərçəkənlər haqqında heç nə deməyib.

Bundan başqa Pajvak agentliyi vilayət şurasının üzvü Abdul Vəli Vəkilə istinadla xəbər verir ki, 35 təhlükəsizlik qüvvələri əməkdaşı və dinc sakin toqquşmalarda öldürülüb. Onun sözlərinə görə, daha 15 polis işçisi ABŞ aviasiyasının zərbələri nəticəsində həlak olub.