Alternative content

01:42 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yay günü kənddə hərənin öz işi var
Yay günü kənddə hərənin öz işi var
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 07.08.2018

 

Yayın qızmar günlərində də kəndlinin əli işdən-gücdən soyumur. Əksinə, əkib-becərdiyinin bəhrəsini gördükcə sevinir, tarlanın, bağ-bostanın məhsulunu tez və itkisiz toplamağa çalışır, yorulmaq bilmir. Həm də ilin bu çağında kənddə böyükdən kiçiyə hamı üçün iş var. Bəzən çölə, tarlaya ailəliklə çıxırlar, yetişdirdikləri məhsulu birlikdə yığırlar.

Mal-qarası olanlar ot tədarükünə önəm verirlər. Kişilər ot tayaları qurur, qışın qayğısına qalırlar. Qadınlar çöl-çəməndə otlayan mal-qaranın südü bu fəsildə daha keyfiyyətli olduğu üçün fürsəti əldən vermir, ondan cürbəcür məhsullar hazırlayırlar. Beləliklə, həm ailələrini ekoloji cəhətdən təmiz ağartı ilə təmin edir, həm də satışa təbii ərzaq verirlər.

Qocalar da evdə duruş gətirə bilmirlər. Köhnə arabanı sazlayıb yolda şirin-şirin söhbətləşə-söhbətləşə bağ-bostandan yığılan mer-meyvəni, qovun-qarpızı həyətlərə daşıyırlar.  

Yay günlərində uşaqlar özlərini böyümüş hesab edib sevinirlər. Qızlar çöldə işləyən ata-analarına evdən sinidə, boğçada yemək gətirirlər. Yerdən bir çəngə ot  qaldıran balaca oğlanlar da bunu hünər sayıb böyüklərə kömək etdikləri üçün qürrələnirlər. 

Belə günlərdə kənardakı ağacların kölgəsində, yaşıl otların üstündə oturub dincəlməyin, yaxınlıqdakı göldə, çayda çimib sərinlənməyin də öz ləzzəti var...

 

Foto Ağaəli MƏMMƏDOVUNDUR,

“Azərbaycan”