Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:36 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaxşı işləyən yaxşı da yaşayacaqdır
Yaxşı işləyən yaxşı da yaşayacaqdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 07.08.2018

 

Bunu dərk edən ağdaşlılar halal zəhmət sayəsində sosial problemlərinin həllinə nail olurlar

 

Bu gün Ağdaş pambığı, çəltiyi və müxtəlif növ tərəvəzləri ilə yanaşı, dadına-tamına görə seçilən fərqli meyvələri ilə də məşhurdur. Ağdaş Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elsevər Baxışovun sözlərinə görə, hazırda bu məkanda aqrar sektorun sözün əsl mənasında, çağlayan dövrüdür. Ənənəvi sahələrdən olan baramaçılıqda uğurlar göz önündədir. Taxıl biçini də yekunlaşıb. Hazırda iş gedən əsas sahələr çəltik, pambıq və bağçılıqdır.

Rayon ərazisində 3 min hektara yaxın meyvə bağları var. Bundan 2 min 500 hektarı bar verən bağlardır. Qalan bağların da gələcəkdə bara düşəsi gözlənilir. Son illər yeni salınan bağlar isə təxminən 65 hektardır. 

İqlim şəraitinə uyğun olaraq burada alma, armud, nar, göycə alçası yetişdirilir. Bundan əlavə, Ağdaşda daxili bazar təmin olunduqdan sonra qalan meyvələri fermerlər xarici bazarlara çıxarırlar. Bunların arasında xurma, nar, heyva xüsusi çəkiyə malikdir.

Meyvə bağlarının becərilməsinə fermerlər xüsusi qayğı ilə yanaşırlar. Onların hər biri fəaliyyətlərində “bağa baxarsan bağ olar, baxmazsan  dağ olar” prinsipini əsas götürür. Aqrotexniki qaydalara əməl olunmaqla lazımi gübrələrdən qaydasında istifadə olunur. Çiçəklərin dərmanlanması, zərərvericilərə qarşı mübarizə tədbirləri yüksək səviyyədə aparılır. Bu tədbirlərin görülməsində dövlət qurumları da köməklərini göstərirlər.

Rayonda bağçılıqla məşğul olan fermerlərin sayı təxminən iki yüz nəfərə yaxındır. Bunlar təxminən 3, 5 və daha çox hektarda məhsul becərən insanlardır. Əlavə olaraq həyətyanı sahələrində analoji fəaliyyətlə məşğul olanlar daha çoxdur.

Fermer Elbrus Cəbrayılovun Gürcüva kəndi ərazisindəki bağ sahəsində olduq. Burada ciddi iş gedirdi. Meyvə ağaclarının bol bəhrəli budaqları yetişmə dövründə sınıb yerə düşməsin deyə, qabaqlayıcı tədbirlər görülür.

Müsahibimizin dediyinə görə, o, Kənd Təsərrüfatı Texnikumunu bitirib və meliorator ixtisasına yiyələnib. Lakin həmin sahədə çalışmayıb. Əsasən, ticarətlə məşğul olub. Sonradan torpaq onu çəkib. Beləliklə də bağçılıqla məşğul olmağı qarşısına məqsəd qoyub. Başlıca istəyi geniş ərazi əldə edərək özünün nəyə qadir olmasını isbatlamaq idi. Göstərilən səylər özünü doğruldub. Nəticədə, Gürcüva və Maşad kəndlərində olmaqla, ümumilikdə, 13 hektara yaxın bağ sahəsi alıb. Bunun da 5 hektarında əkilmiş meyvələr bir neçə ildir bara düşüb və sahibini sevindirib. Əlavə olaraq 5 hektarda da yeni bağ salıb. Təsərrüfatda əsas üstünlük xurmaya verilib. Bununla belə, sahədə müəyyən həcmdə gilas, göycə alçası və digər meyvələr də əkilib.

Ümumilikdə isə fermerin dediyinə görə, bağ bara düşəndən üzü bu yana məhsulun satışında ciddi problem yaşanmayıb. Bu il də hiss olunan odur ki, sahədə yaxşı məhsul var. Bir ağacdan təxminən 80-100 kiloqram məhsul götürmək mümkündür. Sadəcə olaraq, hələlik məhsulu behləyib mövsümündə alası müştərilərdən xəbər yoxdur. Amma fermer çox da qayğılanmır. İnanır ki, məhsul əldə qalmayacaq. Ən azından çətin vəziyyətdə o, dövlət dəstəyindən bəhrələnəcəyinə inanır. 

Fermer meyvəçiliklə yanaşı, heyvandarlıqla da məşğuldur. 20 baş damazlıq inəyi var. Heyvanlar yerli cinslərdən olsa da, süni mayalanma yolu ilə onların cins tərkibini daha da yaxşılaşdırmağı qərara alıb.

Göründüyü kimi, Ağdaşın zəhmət adamları təsərrüfatın fərqli sahələrində çalışaraq normal güzəranlarını qurmaq şansı qazanırlar. İqlim şəraitinin əlverişsiz, torpağın münbitliyinin az olmasına baxmayaraq, buradakı uğurları görərkən  düşünürsən ki,  Ağdaş zəhmətkeşlərindən öyrəniləsi çox şey var.

 

Əli SƏLİMOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM