Alternative content

16:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yanğın torpağın məhsuldar qatını korlayır
Yanğın torpağın məhsuldar qatını korlayır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 07.08.2018

 

Yanğın həmişə qorxuludur. Torpağın yanması isə daha betər, daha dəhşətlidir. Torpaq ulularımızın bizə qoyub getdiyi əmanətdir. “Əmanətə xəyanət olmaz”, - deyiblər, ulularımız.

Bizim də borcumuz bu əmanəti qorumaq, ondan daha məqsədli, daha səmərəli istifadə etməklə məhsul bolluğu yaratmaq, elin bu əvəzsiz sərvətini gələcək nəsillərə keyfiyyətli, münbit şəkildə çatdırmaqdır. Bu istiqamətdə respublikamızda geniş miqyaslı tədbirlər həyata keçirilir.

Ölkə rəhbərinin göstərişinə əsasən, cari ildə 100 hektar torpaq sahəsi meliorativ cəhətdən yaxşılaşdırılaraq əkin dövriyyəsinə daxil edilmişdir. Həmin torpaqlar su içib bol məhsul yetişdirəcəkdir. Bu isə öz növbəsində qeyri-neft sektorunun inkişafına, idxaldan asılılığın sıfıra endirilməsinə, yeni iş yerlərinin açılmasına, bir çox adda kənd təsərrüfatı məhsullarının istehsalına və ixracına imkan yaradacaq. Artıq uğurlar əldə olunmaqdadır. “Made in Azerbaijan” brendi ilə buraxılan müxtəlif adda məhsullar xarici bazarlarda rəğbərlə qarşılanır. Bundan əlavə, bir neçə ölkənin paytaxt şəhərlərində Azərbaycanın ticarət evləri fəaliyyət göstərməyə başlamışdır və onların sayı getdikcə artır. Bütün bu nemətləri yetişdirən isə torpaqdır. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u respublikamızda mövcuddur. Digər tərəfdən, bizdə yetişən məhsullar dadlı-ləzzətli olması baxımından da başqa ölkələrinkindən fərqlənir. Bu da torpağın tərkibindəki minerallar və bol günəş enerjisi ilə əlaqədardır. Ona görə də torpağın hər qarışını qorumaq xüsusi əhəmiyyət kəsb edir.

Taxıl biçiləndən sonra kövşənliklərə od vurub yandırmaq bəzi adamlar tərəfindən adət halına düşmüşdür.  Xüsusilə son vaxtlar biçənəklərin yandırılması daha çox narahatlıq doğurur. Əvvəla, yadda saxlamaq lazımdır ki, sahəni yandırarkən torpağın məhsuldar qatı (humus qatı) korlanır və orada torpağa lazım olan maddələr, hətta cücülər, böcəklər belə məhv olub gedir. İkincisi, küləş (bəlim) qışda heyvana vermək üçün yaxşı qaba yemdir. Onu doğrayıb (bunun üçün indi hər kənddə xüsusi texnika var) arpa yarması ilə heyvanlara verəndə ət və süd istehsalı qat-qat artır. Başqa bir xeyirli cəhəti isə küləşin şum altında qalaraq çürüyüb üzvi gübrəyə çevrilməsidir. Eyni zamanda sahələr yandırılarkən buradan keçən yüksək gərginlikli elektrik xətləri, dirəklər zədələnir, ətraf mühitə ciddi ziyan dəyir. Bu kimi fəsadlar da əhalidə böyük narahatlıq, təşviş yaradır. Qonşu zəmilər, digər əkin sahələri, yaxınlıqdakı meşələr, yaşayış evləri təhlükə ilə üzbəüz qalır.

Məsələ ilə əlaqədar respublikamızın müvafiq orqanları - Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirkilkləri özlərinin yerlərdəki müvafiq qurumlarına təlimatlar, məktublar göndərmişlər. FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Salyanda yerləşən Muğan Regional Dövlər Yanğın Nəzarəti İdarəsindən sözü gedən məsələ ilə əlaqədar bildirdilər ki, taxılı biçilmiş kövşənliklərin yandırılmasının qarşısının alınması üçün keçirilən reydlər zamanı 1 iyul 2018-ci il tarixdə Biləsuvar rayonunun Aşağı Cürəli, Muğan kəndləri, 4 iyul 2018-ci il tarixdə Sabirabad rayonunun Qaragüney kəndi və 11 iyul 2018-ci il tarixdə Saatlı rayonunun Dədə Qorqud kəndi ərazilərində faktlar aşkar olunmuş, tərtib edilmiş aktlar tədbir görülmək üçün həmin rayonların polis şöbələrinə göndərilmişdir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən də tədbirlər həyata keçirilmişdir.

Onu da qeyd etmək lazımdır ki, bəzi yerli icra orqanları, onların qəsəbə və kənd ərazi inzibati nümayəndəlikləri, bələdiyyələr bu mühüm problemlə əlaqədar lazımi səviyyədə tədbirlər görməmişlər. Biçin qabağı kombaynçılar, fermerlər, torpaq mülkiyyətçiləri ilə seminar-müşavirələr keçirməmiş, sahələrin yanğından mühafizəsi ilə bağlı əhali arasında maarifləndirici tədbirlər, izahat işləri aparmamış, bu mühüm məsələyə nəzarət olunması lazımi səviyyədə təşkil edlməmişdir.

Bəli, torpağa geniş mənada Ana Vətən deyirik. Torpağın yetişdirdiyi məhsullarla qidalanırıq, yaşayırıq. Buna görə də onu qorumaq, hifz etmək hər kəsin insanlıq, vətəndaşlıq borcudur.

 

Seyran CAVADOV,

“Azərbaycan”