07 Avqust 2018 12:08
1970
ELANLAR
A- A+

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbi sona çatıb

 

ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib.

Bir ay davam edən yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerjinin əldə edilməsi və s. barədə ətraflı məlumat verilib, müxtəlif mövzularda mühazirələr oxunub. Yay məktəbinin iştirakçıları həmçinin, təkrar emal müəssisələrində olub, onlar üçün müxtəlif intellektual oyunlar və ustad dərsləri təşkil edilib. Yay məktəbi çərçivəsində Böyükşor Parkında piknik festivalı təşkil olunub.

Yay məktəbinə qatılan 160 şagirdə sertifikatlar təqdim olunub.

Tədbirdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılov yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verdiyini vurğulayaraq yeniyetmələrin öyrədici və əyləncəli düşərgədə faydalı biliklər əldə etdiyini bildirib. Əlavə edib ki, şagirdlər üçün “Təmiz Şəhər” ASC-nin zavodlarına, Balaxanı Sənaye Parkına və “Tullantıdan sənətə” muzeyinə təşkil olunan ekskursiyalar yeniyetmələrdə ətraf mühitin qorunması və tullantıların idarəolunması vərdişlərini təkmilləşdirib. 

“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydaları barədə məlumat verib. Qeyd edib ki, gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. Hətta “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsi daha sonra səhmdar cəmiyyətdə işləməyə başlayıblar.

 

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video