Alternative content

07:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Psixoloqlar: dünyanı yeni psixi pozuntu epidemiyası bürüyür
Psixoloqlar: dünyanı yeni psixi pozuntu epidemiyası bürüyür
ANA SƏHİFƏ / Səhiyyə
11:08 06.08.2018

 

Estoniyada tibb məktəbinin psixoloqları müəyyən ediblər ki, bir çox insan mobil əlavələrin fotofiltrlərindən istifadə etdikdən sonra orada gördükləri şəkillərin əsasında plastik əməliyyat olunmağa qərar verirlər. “The Tech Times” bildirir ki, bu fenomen artıq “Snapchat dysmorphia” adını alıb.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, indi fotofiltrlərin köməyi ilə hər bir insan foto çəkdirmək üçün xarici görkəmini dəyişə bilər. Dərini daha da hamar etmək, üzün rəngini, göz həlqəsinin şəklini dəyişmək mümkündür. Plastik cərrahlar bildirirlər ki, konsultasiya üçün gələn daha çox sayda insan öz fotoşəkillərinin retuşunu göstərir. Pasiyentlər böyük göz, daha dolğun dodaq və incə buruna üstünlük verirlər.

Məsələn, üz plastikası və bərpaolunma cərrahiyyəsi üzrə ABŞ Akademiyasının məlumatına görə, plastik cərrahiyyə klinikalarının müştərilərinin təxminən 55 faizi şelfi çəkdiyi zaman daha yaxşı görünmək üçün həkimlərə müraciət edir. Mütəxəssislər qeyd edirlər ki, gənc qızlar öz xarici görkəminə qeyri-adekvat qiymət verir və gerçək həyatda yetərincə gözəl olmadıqlarını düşünürlər. Onların özləri barədə bu qənaəti müstəsna olaraq sosial şəbəkələrdən meydana gəlir və bu düşüncə tərzi özündən məmnun olmaq göstəricisinə mənfi təsir edir. Axı fotofiltrlərin əksəriyyəti son nəticədə real olmayan gözəllik obrazları təqdim edir.