06 Avqust 2018 11:08
440
Mədəniyyət
A- A+

“Rossiya-24”: Qəbələdə onuncu musiqi festivalı – musiqi sərhədləri aradan qaldırır

Rusiyanın “Rossiya-24” telekanalında X Qəbələ Beynəlxalq Musiqi Festivalı barədə reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, telekanalın müxbiri artıq bir neçə gündür Azərbaycanın Qəbələ şəhərində Kuba salsası, ispan flamenkosu, gürcü cazı və əlbəttə, klassik musiqinin səsləndirildiyini qeyd edir. Burada X Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir, adlı-sanlı sənətçilər və yenicə addım atan musiqi qrupları eyni səhnəni bölüşürlər.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq Artisti, professor Murad Adıgözəlzadə Rusiya telekanalına müsahibəsində deyib: “Bu festival Azərbaycanın tanınması baxımından çox əhəmiyyətlidir. İkinci festivaldan sonra xəbəri olan az idisə, artıq üçüncü festivaldan sonra iştirak üçün xeyli sayda musiqiçi müraciət etmişdi. Qəbələni Azərbaycanın kiçik İsveçrəsi adlandırırlar. Bu festivalın açılışında dövlət simfonik orkestrimiz çıxış edib. Festivalın onilliyi dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə də əlaqələndirilib”.

Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq Artisti Fərhad Bədəlbəyli deyib: “Məni festivalın konsepsiyasının olmamasına görə dəfələrlə amansız tənqid edib, “bu, klassik musiqi festivalı, folklor musiqisi festivalı və ya nədir?”, - deyə söyləyiblər. Mənə elə gəlir ki, buradakı müxtəliflikdən tamaşaçılar yorulmur. Bu gün onlar İ.Bramsın simfoniyasını dinləyir, ertəsi gün isə flamenkonu izləyirlər. Bunun nəyi pisdir? Kimi flamenkonu daha çox xoşlayır, kimi cazı sevir. Bizim festival, həmçinin maarifçi xarakter daşıyır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video