Alternative content

06:12 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənubi Sudanda vətəndaş müharibəsi bitdi
Cənubi Sudanda vətəndaş müharibəsi bitdi
ANA SƏHİFƏ / DÜNYA
10:08 06.08.2018

 

Cənubi Sudanda vətəndaş müharibəsində münaqişə tərəfləri sülh sazişi imzalamışlar. Ölkə Prezidenti Salva Kiir sazişi reallaşdırmaq üçün mümkün olan hər şeyi etməyə çağırmışdır. “Mənim hökumətim və mən bu münaqişənin hökumətə, regiona və bütün qitəyə hansı maliyyə və siyasi itkilər verdiyini bilirik” deyə Kiir vurğulamışdır.

Son beş il ərzində Cənubi Sudanda Prezident Salva Kiirin mənsub olduğu dinka xalqı ilə istefaya göndərilmiş vitse-prezident Riyek Maşarın təmsil etdiyi nuer xalqı arasında silahlı münaqişə davam edir. İmzalanmış saziş ölkədə hakimiyyətin bölünməsini nəzərdə tutur.

Bu müqaviləyə əsasən, Maşar vitse-prezident vəzifəsinə qayıdır. Vətəndaş müharibəsi dövründə ölkədə on minlərlə adam həlak olmuş, 4 milyon nəfərə yaxın adam qaçqın vəziyyətinə düşmüşdür.  Xatırladaq ki, Cənubi Sudan 2011-ci ildə Sudandan ayrılmışdır.