Alternative content

02:22 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çikaqoda iki gündə 9 nəfər öldürüldü, 60 nəfər yaralandı
Çikaqoda iki gündə 9 nəfər öldürüldü, 60 nəfər yaralandı
ANA SƏHİFƏ / DÜNYA
10:08 06.08.2018

 

ABŞ-ın Çikaqo şəhərində iki gün ərzində silahlı hadisələr nəticəsində 9 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdır. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Ölənlər arasında 17 yaşlı qız, yaralılar arasında 11 yaşlı oğlan da var.  Zorakılığın artması şəhərin cənubunda və qərbində qeydə alınmışdır. Orada 7 saat ərzində 4 nəfər öldürülmüş, 40 nəfər yaralanmışdır.

Məlumata görə, cari ilin əvvəlindən bəri Çikaqoda atışmalar nəticəsində 314 nəfər həlak olmuş, 1769 nəfər yaralanmışdır.