Alternative content

21:39 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan təmsilçiləri “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına çıxıblar
Azərbaycan təmsilçiləri “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına çıxıblar
ANA SƏHİFƏ / SİYASƏT
02:08 06.08.2018

Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinalına yüksəliblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkü atılıb. Püşkatmanın nəticələrinə görə, Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.