Alternative content

07:51 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 06.08.2018

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

İdarədən AZƏRTAC-a bildiriblər ki, müraciətdə yol-nəqliyyat hadisələri nəticəsində, eləcə də texniki nasazlıq səbəbindən avtomobillərdə baş vermiş yanğınlarla bağlı aparılmış təhlillərin hadisələrin ağır fəsadlarının qarşısının alınması üçün həmin avtomobillərdə odsöndürənlərin olmadığını və ya onların yararlılıq müddəti bitdiyindən yanğınların vaxtında söndürülmədiyini ortaya çıxardığı qeyd edilib. Vurğulanıb ki, bu da avtomobildə sıxılıb qalmış insanların həlak olmalarına, ağır xəsarətlər almalarına, ən yaxşı halda isə ayrı-ayrı şəxslərin əmlaklarının tamamilə məhv olmasına və onlara külli miqdarda maddi zərərin dəyməsi ilə nəticələnib.

“Qeyd olunanları, habelə avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, təkərli traktorlarda dərman qutusunun, odsöndürənin, qəza dayanma nişanının olmamasına görə mövcud qanunvericiliklə sürücülərin inzibati məsuliyyət daşımaları nəzərə alınaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, istifadələrindəki nəqliyyat vasitələrində tələb edilən ləvazimatların saz vəziyyətdə olmasını təmin etsinlər, odsöndürənlərin yararlılıq müddətini daim nəzarətdə saxlasınlar”, - deyə BDYPİ-nin məlumatında bildirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM