Alternative content

03:09 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı məktəblərində yeni dərs ilinə hazırlıq görülür
Bakı məktəblərində yeni dərs ilinə hazırlıq görülür
ANA SƏHİFƏ / CƏMİYYƏT
02:08 06.08.2018

Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri gedir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hazırda 13 məktəbdə əsaslı təmir işləri aparılır, bir məktəbin binasının, bir məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi aparılır.

Bundan əlavə, ehtiyac olan ərazilərdə iki yeni məktəbin inşasına başlanılıb. Həmçinin bir məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.