06 Avqust 2018 12:08
211
CƏMİYYƏT
A- A+

Qafqaz Müsəlmanları İdarəsində VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) VII Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, QMİ-nin aparat rəhbəri Simran Həsənov idarənin tarixi, hüquqi statusu və fəaliyyəti barədə məlumat verib.

Azərbaycanda müsəlmanların 65 faizinin şiə, 35 faizinin isə sünni olduğunu deyən aparat rəhbəri qeyd edib ki, tarixən Azərbaycanda dinlərarası, məzhəblərarası anlaşılmazlıq olmayıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uğurlu dövlət-din siyasətinin nəticəsi kimi ölkəmizdə dini tolerantlıq mühitinin yaradıldığını bildirən Simran Həsənov ölkəmizdə dinə dövlət qayğısından, dini icmaların fəaliyyəti üçün yaradılan şəraitdən bəhs edib.

QMİ-nin sədr müavini Qəmər Cavadlı Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları ilə keçirilən görüşlərin əhəmiyyətindən danışaraq deyib ki, bu cür görüşlər məktəb iştirakçılarının Azərbaycan haqqında daha dolğun məlumat almalarına imkan yaradır.

Yay məktəbi iştirakçıları arasında qadınların çoxluq təşkil etməsini müsbət hal kimi dəyərləndirən Q.Cavadlı deyib ki, bu il 100 illiyi təntənəli şəkildə qeyd edilən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. Azərbaycan qadınlarının cəmiyyətimizin həyatındakı önəmli rolundan bəhs edən QMİ-nin sədr müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən müsəlman dini icmalarında qadınların rəhbər vəzifələrdə fəaliyyət göstərməsinə imkan yaradılır. Azərbaycanda qızlar üçün "Şəbnəm" dini kolleci fəaliyyət göstərir.

Q.Cavadlı qeyd edib ki, özündə şiə və sünniləri birləşdirən QMİ 200 il ərzində baş verən bütün siyasi proseslərə baxmayaraq, özünü parçalanmadan qoruyub, güclənib və beynəlxalq arenada şöhrət qazanıb. Bu gün QMİ-nin 100-dən çox fərqli dini təşkilatlarla beynəlxalq əlaqələri mövcuddur.

Ölkəmizdə dini maarifləndirmənin də yüksək səviyyədə olduğunu diqqətə çatdıran QMİ-nin sədr müavini deyib ki, Azərbaycanda Bakı İslam Universiteti fəaliyyət göstərir, həmçinin 11 İslam kolleci mövcuddur.

Sonra yay məktəbinin iştirakçılarının sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video