06 Avqust 2018 12:08
309
CƏMİYYƏT
A- A+

Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsində aparılmış auditin nəticələri müzakirə edilib

Hesablama Palatasının kollegiya iclasında 2016-cı il aprelin 1-dən bu il yanvarın 1-dək olan dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri müzakirə edilib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdim olunmuş müvafiq məlumatlara və hesabatlara əsasən bu il yanvarın 1-i tarixinə şöbə üzrə 18848 pensiya işi, o cümlədən 11392 ədəd yaşa görə (60,44 faiz), 5529 ədəd əlilliyə görə (29,34 faiz) və 1927 ədəd ailə başçısını itirmiş ailələrin (10,22 faiz) pensiya işi mövcud olub.

Yeni təyin olunmuş pensiya işlərinin 820 ədədi və ya 57,18 faizi yaşa görə, 508 ədədi və ya 35,43 faizi əlilliyə görə, 106 ədədi və ya 7,39 faizi ailə başçısının itirilməsi səbəbindən təyin edilmiş pensiya işləri olub. Yeni pensiya təyinatlarının 131 ədədi (9,13 faizi) üzrə sığorta stajına dair hüquqi fakt Sabirabad Rayon Məhkəməsi tərəfindən müəyyən olunub, 277 pensiya işi üzrə (19,31 faizi) pensiya təyinatı öhdəliyi Şirvan İnzibati-İqtisad Məhkəməsi tərəfindən şöbəyə həvalə olunub, 6 pensiya işi üzrə pensiya hüququna müvafiq Apellyasiya Məhkəməsi tərəfindən baxılıb.

Bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması ətraflı araşdırılmadan, güzəştli əsaslarla yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilib, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının, ailə üzvünün əməkhaqqı gəlirlərinin VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

Təyin olunan aylıq sosial müavinət, kompensasiya və təqaüd təyinatlarının seçmə üsulu ilə auditi nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin işlərin mərkəzləşdirilmiş xüsusi lokal proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyənləşdirilib.

Hesablama Palatasının kollegiyası Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayon şöbəsi tərəfindən yol verilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə palataya məlumat verilməsi məqsədilə fondun Sabirabad rayon şöbəsinə müvafiq təqdimat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə kollegiya qərarının surəti göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

Məlumat "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video