Alternative content

04:10 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ festivalında dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndirilib
Qəbələ festivalında dahi bəstəkar Qara Qarayevin əsərləri səsləndirilib
ANA SƏHİFƏ / Mədəniyyət
10:08 06.08.2018

 

Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 5-də axşam saatlarında Heydər Əliyev Konqres Mərkəzində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunan kamera musiqisi axşamı təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə dahi bəstəkarın “Simli kvartet üçün Kvartettino” (3 hissədə - “Sonatlina”, “Lay-lay” və “Marş”), “Violin və fortepiano üçün Sonata” və iki romansı səsləndirilib.

Konsertin əvvəlində çıxış edən “Furioso” kvarteti 2011-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən yaradılıb. Akademiyanın ifaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin rəhbərliyi altında yaradılan kvartet ifaçılıqda köhnəlmiş ənənələrdən imtina edərək, yeni üslub yaratmağa müvəffəq olub. Kvartetin üzvləri Səid Məmmədov (violin), Süleyman Babakişizadə (violin), Üzeyir Mahmudbəyli (viola) və Əsmər Kərimli (violençel) indiyədək bir neçə beynəlxalq festivalda iştirak ediblər.

“Furioso” kvarteti Qara Qarayevin 100 illiyinə həsr olunan konsertdə bəstəkarın indiyədək nəşr və ifa olunmamış əsərini – simli kvartet üçün “Kvartettino”nu ilk dəfə ifa edib. Əsərin əlyazması 2017-ci ildə kvartetin üzvü S.Babakişizadənin təşəbbüsü ilə Rusiya Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən çıxarılaraq nəşr olunub.

Kamera musiqisi axşamında pianoçular Samirə Aşumova və Eldəniz Ələkbərzadənin, violin ifaçısı Anar Seyidovun, Adil Axundovun (tenor) ifaları da tamaşaçılar tərəfindən maraqla qarşılanıb.