Alternative content

14:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan komandası “Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları arasında futbol yarışının qalibi olub
Azərbaycan komandası “Dəniz kuboku - 2018” müsabiqəsinin iştirakçıları arasında futbol yarışının qalibi olub
ANA SƏHİFƏ / İDMAN
09:08 06.08.2018

“Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak edən ölkələrin komandaları arasında futbol yarışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birinci mərhələdə İran komandası ilə qarşılaşan Azərbaycan hərbi dənizçiləri qalib gəlib. Qazaxıstan və Rusiya komandalarının oyunu isə Rusiya dənizçilərinin qələbəsi ilə başa çatıb.

Final oyunlarında İran dənizçiləri Qazaxıstan komandasına, Azərbaycan komandası isə rusiyalı hərbi dənizçilərə qalib gəlib.

Beləliklə, futbol üzrə dostluq turnirində Azərbaycan birinci, Rusiya ikinci, İran komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalara kuboklar, medallar, fəxri fərmanlar və hədiyyələr təqdim edilib.