Alternative content

12:05 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənc sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionatında ikinci olub
Gənc sərbəst güləşçilərimiz komanda hesabında Avropa çempionatında ikinci olub
ANA SƏHİFƏ / İDMAN
09:08 06.08.2018

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, çempionatın son günlərində mübarizə aparan sərbəst güləşçilərimiz turniri üç gümüş və dörd bürünc medalla başa vurub.

İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Əliabbas Rzazadə (57 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq) və Rahid Həmidli (125 kq) qazandırıb.

Bu nəticə ilə sərbəst güləşçilərimiz komanda hesabında Avropa ikincisi olub. Rusiya birinci, Ermənistan yığması isə üçüncü pillədə qərarlaşıb.

Çempionatın ilk günlərində mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz 1 qızıl, qadın güləşçilərimiz isə 1 gümüş medala sahib olub. Yunan-Roma yığmamızda Ülvi Qənizadə (72 kq), qadın güləşçilərdən ibarət millimizdə isə Tatyana Varantsova (53 kq) fəxri kürsüdə yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.