Alternative content

18:04 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Formula-1 Azərbaycan Qran Prisi ilin ən yaxşı mərhələsi seçilib
Formula-1 Azərbaycan Qran Prisi ilin ən yaxşı mərhələsi seçilib
ANA SƏHİFƏ / İDMAN
09:08 06.08.2018

Formula-1 Azərbaycan Qran Prisi bu ilin ən yaxşı mərhələsi hesab olunub.

AZƏRTAC qurumun rəsmi Twitter hesabına istinadla xəbər verir ki, bu, Formula-1 “Twitter” səhifəsində keçirilmiş sorğu nəticəsində məlum olub.

Sorğuda iştirak edənlərin 62 faizi Azərbaycan Qran Prisini ən yaxşı mərhələ hesab edib. İkinci yeri 38 faiz səslə Böyük Britaniya Qran Prisi tutub.

Qeyd edək ki, 27-29 aprel 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan Qran Prisinin qalibi “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton olub.