Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:57 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Lənkəranda “Sərhədi xalq qoruyur” mövzusunda keçirilən tədbirdə yerli sakinlər mükafatlandırıldılar
Lənkəranda “Sərhədi xalq qoruyur” mövzusunda keçirilən tədbirdə yerli sakinlər mükafatlandırıldılar
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:08 05.08.2018

 

Azərbaycan Sərhəd Mühafizəsinin 99-cu ildönümü münasibətilə keçirilən tədbirlər sırasında “Sərhədi xalq qoruyur” mövzusunda sərhədyanı rayonların sakinləri ilə təşkil olunan çoxsaylı görüşlər xüsusi yer tutur. Bu görüşlərdə sərhəd mühafizəsinin yaranması və inkişafı haqqında geniş məlumatlar verilir, yerli əhalinin dövlət sərhədinin mühafizəsindəki rolu, sərhədçilərlə sakinlərin qarşılıqlı əlaqələrinin əhəmiyyəti mövzusunda söhbətlər aparılır.

“Sərhədi xalq qoruyur” mövzusunda daha bir tədbir Lənkəran sərhəd dəstəsində keçirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev İdeoloji Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş və dahi öndərin büstü önünə gül dəstələri düzmüşlər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından və qazanılmış uğurlardan danışmışlar.

Ölkəmizin sərhədlərinin mühafizəsində ictimaiyyətin də yaxından iştirak etməsi razılıq hissi ilə qeyd edilmiş, bunun xalq və dövlətin vəhdətindən irəli gəldiyi xüsusi vurğulanmışdır.

Lənkəran rayon ictimaiyyətinin nümayəndələri sərhədçiləri qarşıdan gələn peşə bayramı münasibətilə təbrik etmiş, yerli əhalinin dövlət sərhədinin mühafizəsində sərhədçilərə yaxından kömək göstərməsinin böyük əhəmiyyət daşıdığını və yüksək qiymətə layiq olduğunu bildirmişlər.

Daha sonra sərhədlərimizin qorunması işində sərhədçilərə yaxından kömək edən bir qrup yerli sakin qiymətli hədiyyələrlə və fəxri fərmanlarla mükafatlandırılmışlar.

Tədbirin sonunda qəhrəman sərhədçilərdən bəhs edən film nümayiş etdirilmişdir.

 

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM