Alternative content

13:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar keçirilib
“Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
12:08 05.08.2018

 

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq DSX Sahil Mühafizəsində “Dini ekstremizmin təzahür formaları və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar keçirilmişdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən seminarda dini radikalizmin təbliğat metodları və onun törətdiyi fəsadlar geniş izah olunmuş, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmişdir. Bu cür əməlləri törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlər, eyni zamanda respublikamızda hökm sürən sabitliyi və dinamik inkişafı gözü götürməyən bəzi kənar qüvvələrin dəstəyi ilə din pərdəsinə bürünən cinayətkar ünsürlər tərəfindən bu ilin iyul ayında Gəncə şəhərində ictimai asayişi pozaraq vətəndaş qarşıdurması yaratmaq cəhdləri barədə ətraflı məlumat verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunmuşdur.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanmışdır.

Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilmişdir.

 

“Azərbaycan”