Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

16:32 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəlilabad üzümünün keçmiş şöhrəti özünə qayıdır
Cəlilabad üzümünün keçmiş şöhrəti özünə qayıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 05.08.2018

 

Qızlar cərgələr arasında durna qatarı kimi sıralanıblar. Hər biri əlindəki qayçı ilə salxımların saplağını kəsib əzilməsin deyə ehtiyatla qaba qoyur. Onlar gün ərzində daha çox üzüm yığmaq üçün səylə çalışırlar.

Dolan vedrələri, səbətləri gətirib üzüm bağının bir tərəfində qoyulmuş taxta yeşiklərin yığıldığı yerə boşaldır, yenidən məhsul yığmağa gedirlər. Tarlaların yanında isə başqa briqadanın qızları bura gətirilən üzüm salxımlarını bir-bir nəzərdən keçirib, səliqə ilə yeşiklərə düzürlər. Bakıdakı “Meyvəli” ticarət mərkəzindən gəlmiş nümayəndə də buradadır. Lazımi qədər üzüm yığıldıqdan sonra maşına yükləyib aparacaq.

Bura Cəlilabad şəhərinin yaxınlığında, Ələt-Astara magistral şose yolunun kənarında salınmış “Rizvan” şirkətinin üzüm bağlarıdır. Şirkətin məsul işçisi Əhməd Məmmədovla görüşüb hal-əhval tutur, işlərin gedişi ilə maraqlanırıq.

- Çox sağ olun, işlərimiz yaxşı gedir, gördüyünüz kimi, məhsulumuz da boldur. Havalar isti keçdiyindən üzüm əvvəlki illərdəkinə nisbətən bir az tez yetişib. Çalışırıq ki, hasilə gətirdiyimiz məhsulu itkiyə verməyək, vaxtında və keyfiyyətlə yığıb ticarət şəbəkələrinə göndərək. Onun üçün də gün çıxandan gün batana kimi işləyirik. Bu qızlar da sağ olsunlar - əli ilə yaxınlıqda işləyən üzümçüləri göstərir, - çox yaxşı işləyirlər, işə can yandırırlar. Becərmədə də bu cür işləyiblər. Onlar ölkəmizdə ərzaq bolluğu yaradılmasında zəhmətlərini əsirgəmirlər.

Söhbətimizin bu vaxtında yanımızda qara rəngli “Cip-Prado” dayanır. Təqribən 50-55 yaşlarında ucaboy, sarışın bir adam maşından düşür. Ə.Məmmədov cəld irəli yeriyərək onunla görüşüb:

- Bu yoldaş qəzetdən gəlib, bizim işimizdən məqalə yazmaq istəyir - deyir.

Şirkətin rəhbəri Rizvan Bayramov bizimlə tanış olur, hansı qəzetdən gəldiyimizi xəbər alır. Biz də özümüzü təqdim edirik.

- Lap yaxşı - deyir.

Sonra birlikdə üzüm cərgələrinin arası ilə gəzib bol bəhrəli tənəkləri nəzərdən keçiririk. Digər bir sahədə “Atika” üzüm sortu əkilmiş yeni bağla tanış oluruq. Öyrənirik ki, “Rizvan” şirkətinin 30 hektar üzüm bağı var. Burada əsasən “Prima”, “Kardinal”, “Ora”, “Senteniol” süfrə üzümü sortlarına üstünlük vermişlər. Bağlardan hər gün ən azı 5-6 ton üzüm dərilir. Topdansatış qiyməti də onları razı salır: hər kiloqramı 80 qəpiyə. Yığımda hər gün 25 - 30 nəfər çalışır.

Muğan kəndinin də əksər üzüm bağları Ələt-Astara şosesi yaxınlığındadır. Burada taxılçılıq, kartofçuluq, çəltikçiliklə yanaşı, üzümçülüyün də inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Xəqani Hüseynov əslən Cəlilabaddandır. Təqaüddə olan keçmiş hərbçidir. 2011-ci ildə təqaüdə çıxsa da, necə deyərlər, canının sulu olduğunu görüb, təsərrüfat yaratmaq qərarına gəlir. Bu məqsədlə adını çəkdiyimiz Muğan kəndində 6 hektar torpaq sahəsi götürüb üzüm bağı salıb.

Cəlilabad torpağı münbitdir və üstə gəl burada kifayət qədər günəş enerjisi, habelə üzümçülüklə bağlı müsbət təcrübə var. 1982-ci ildə rayonda rekord miqdarda, yəni 300 min ton üzüm istehsal olunmuşdur.

Üzümçülüyün keçmiş şöhrətini özünə qaytarmaq üçün hər bir torpaq adamı, mülkiyyətçi əlindən gələni əsirgəmir. Belələrindən biri də adını çəkdiyimiz X.Hüseynovdur. Onunla üzüm bağında görüşdük. Sahənin kənarındakı palıd ağacının kölgəsində dayanaraq işin gedişinə nəzarət edirdi.

Xəqaniyə işlərində uğurlar arzuladıq. Sonra birlikdə üzüm yığan qızlara baş çəkdik. Hər biri yayın qızmar günəşindən qorunmaq üçün üzünü yaylığı ilə bürümüşdü. Burada da işlər sanki konveyer qaydasında gedirdi. Qızların bir dəstəsi üzüm dərir, digər dəstəsi isə onu çeşidləyərək yeşiklərə yığırdı.

X.Hüseynovdan öyrəndik ki, əkdiyi “Prima”, “Ora”, “Dallas”, “Kordinal”, “Sentenial” üzüm sortları Fransa mənşəlidir. İçərisində kişmişi sortlarından olanları da var. Burada da yığılan məhsul Bakıya - “Meyvəli” ticarət mərkəzinə göndərilir. O ki qaldı üzümlüklərin becərilməsinə, söhbətimiz zamanı öyrəndik ki, bu bitkinin aqrotexniki tədbirlərini gərək vaxtında görəsən. 1 hektarın becərilməsi 2 min manata başa gəlir. Amma il uğurlu gələndə, məhsul bol olanda xərcini bir neçə dəfə üstələyir. Elə bu ilki kimi.

Bəli, Cəlilabadda üzümçülüyün inkişafı ilə bağlı ardıcıllıqla tədbirlər görülür. Sahələrin hektarı ilbəil artırılır. Hazırda rayonda 13 min 31 hektarda üzüm bağları var. Bunun 9 min 37 hektarı süfrə, 3 min 994 hektarı isə texniki sortlardır. Düzdür, bunlar sovetlər dövründəkindən qat-qat azdır, amma üzüm əkmək istəyənlərin sayı dinamik şəkildə artır. Bu isə deməyə əsas verir ki, Cəlilabadda üzümçülüyün şöhrəti geri qaytarılacaq, daha çox adam bu sahədə çalışaraq həyat şəraitini yaxşılaşdıracaq və burada istehsal olunan şərablar xarici bazarlarda rəğbətlə qarşılanacaq.

 

Seyran CAVADOV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM