Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:06 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İş də var, işgüzarlıq da
İş də var, işgüzarlıq da
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 05.08.2018

 

Əlverişli iqlimi, münbit torpağı olan Şəmkir rayonunun sakinləri işgüzarkıq sayəsində bütün sahələrdə uğurlu göstəricilərə nail olur, aqrar sahənin inkişafı istiqamətində qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlirlər.

Digər tərəfdən, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində həm əhalinin problemləri həll edilir, həm də rayonun siması gündən-günə dəyişir.

Cari ilin ötən dövrü ərzində də rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq əldə edilmişdir. Xüsusilə, ixrac potensialında önəmli yer tutan istixana məhsullarının ildən-ilə artırılması rayon sakinlərinə böyük həcmdə gəlir gətirir. Əldə olunan qazancdan ruhlanan istixana sahibləri hər il onun sahələrini genişləndirirlər. Hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirməklə məşğuldur. Bu il rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi də nəzərdə tutulmuşdur. Artıq onun da 52,1 hektarı hazırdır. İstixanaların 717 hektarında pomidor, 110 hektarında xiyar, 58,6 hektarında faraş kartof, 35 hektarında göyərti, 2 hektarında çiyələk yetişdirilir. Yetişdirilmiş 100 min tondan çox pomidorun 61 min tonu Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilmiş, 40 min tona yaxın pomidor  respublikamızın müxtəlif bölgələrində satılmışdır.

Kənd təsərrüfatının digər sahələrində əldə olunan göstəricilər də sevindiricidir. Fermerlər 6499 hektar sahədə kartof, 6315 hektarda tərəvəz, 268 hektarda bostan, 1555 hektarda qarğıdalı, 902 hektarda günəbaxan, 9882 hektar sahədə yem bitkiləri yetişdirmişlər. 692 hektar şəkər çuğunduru əkilmişdir ki, həmin sahələrdən də bol məhsul gözlənilir.

Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq, rayonun 10587 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına 26871 hektar əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə 1 milyon 768 min 486 manat subsidiya verilməsi üçün lazımi sənədlər Kənd Təsərrüfatı Nazirliyinə göndərilmidir.

Cari ildə rayon ərazisində 1000 hektar sahədə meyvə bağının salınması da planlaşdırılmışdır. Artıq 540,8 hektarda məhsuldar meyvə ağacları əkilmişdir.

Ənənəvi sahələrdən olan baramaçılığın inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılır. Kiçik sahibkarlığın inkişafında mühüm yer tutan barama istehsalına dövlət dəstəyindən ruhlanan kümçüər bu il daha çox  - 12690,6 kiloqram barama istehsal edərək  “Şəki ipək” Açıq Səhmdar Cəmiyyətinə təhvil vermişlər. Təhvil verilən baramaya görə istehsalçılara 61 min 285 manat subsidiya ödənilmişdir.

Barama istehsalını daha da artırmaq üçün rayonda etibarlı yem bazası yaradılır. Bu məqsədlə 80 min ədəd çəkil ağacı əkilmişdir.

Cari ilin məhsulu üçün rayonda 43 min 10 hektarda payızlıq və yazlıq bitkilər, o cümlədən 16 min 824 hektar sahədə taxıl əkilmişdir ki, bu da əvvəlki illə müqayisədə 19 faiz çoxdur. Biçilən buğda sahələrinin hər hektarda orta məhsuldarlığı 32,3 sentner olmuşdur. Arpa sahəsindən orta məhsuldarlıq 28,9 sentner olmaqla 5889 ton məhsul götürülmüşdür. Biçin davam edir.  

Rayonda fəaliyyət göstərən sahibkarlar daim güzəştli kreditlərlə təmin olunurlar. Bu məqsədlə indiyədək 1111 layihə üzrə 63 milyon 832 min 110 manat məbləğində güzəştli kredit verilmişdir ki, bunun sayəsində 3695 yeni iş yeri yaradılmışdır. Cari ilin altı ayında isə fond tərəfindən 24 layihə üzrə sahibkarlara 1 milyon 784 min manat güzəştli kredit ayrılmış, 377 yeni iş yeri açılmışdır.

Ölkə rəhbəri tərəfindən verilmiş tapşırığa uyğun olaraq rayon iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra digər işlər də həyata keçirilmişdir. Bu ilin altı ayı ərzində kənd təsərrüfatı məsulları istehsalı və satışı sahələrinə, ticarət və digər sahələrə 35 milyon 405 min 300 investisiya qoyulmuşdur.

Heyvandarlıq məhsulları istehsalı sahəsində də uğurlar ildən-ilə artır. Hazırda rayonda iribuynuzlu mal-qaranın sayı 61460-a, qoyun və keçilərin sayı 303 min 610-a çatmışdır ki, bu da keçən illə müqayisədə xeyli çoxdur. Altı ay ərzində 4918 ton ət, 27 min 480 ton süd, 488,2 ton yun, 21 milyon 983 min ədəd yumurta istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,3 faiz, süd istehsalı 3,2 faiz, yun istehsalı 0,3 faz, yumurta istehsalı 0,4 faiz artmışdır.

Fermerlər heyvandarlığı intensiv inkişaf etdirmək üçün qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verməklə bu sahənin daha sürətlə irəliləməsinə böyük maraq göstərirlər. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində cari ildə süni yolla mayalandırılmış 401 baş düyədən  256 baş buzov alınmışdır.

Hazırda Şəmkirdə işlərin qızğın çağıdır. Bir yanda taxıl biçilir, bir yanda bostan bitkiləri toplanır, bir yanda üzüm yığılır. İstixanalarda çalışanların da iş-gücləri çoxdur. Hər bir istixana sahibi məhsulu vaxtında toplayıb, xarici ölkələrə çıxarmaq üçün əlindən gələni edir. Bir sözlə, hamı çalışır ki, zəhmət bahasına yetişdirilən bütün növ məhsulları vaxtında toplayıb gəlir əldə etsin.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM