Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

18:55 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kəndlinin ruzisi taxılla başlar
Kəndlinin ruzisi taxılla başlar
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 05.08.2018

 

Bərəkətli torpağı olan Siyəzəndə ötən il 6156 hektar sahədə taxıl əkilib. 3360 hektarda buğda, qalanında arpa yetişdirilib. Ötən il məhsuldarlıq orta hesabla hər hektardan 21 sentner olmuşdu. Onu da bildirək ki, əkilən sahənin 4600 hektarı dəmyə torpaqların payına düşür.  

İyunun əvvəllərindən biçinə başlayan siyəzənlilər onu uğurla sona çatdırmağa çalışırlar. Yenikənd, Beşdam, Sədan, Məsrih, Həmyə kəndlərində  sahibkarlar  daha fəaldırlar. 

Rayonda “Qobustan”, “Bərəkət”, “Bezos”, “Əzəmətli”, “Nurlu -99”, “Azəri-95” buğda sortları əkilib. Mütəxəssislər bu sortların Siyəzəndə məhsuldarlığının yaxşı olduğunu bildirirlər. Dağətəyi ərazilərdə taxılın becərilməsi düzəngahdan fərqlənir. Belə yerlər üçün taxıl sortları mütləq öncədən müəyyən edilir.

Məhsuldarlığın artmasının səbəbi aqrotexniki qaydalara riayət edilməsi və suvarmanın vaxtında aparılması olmuşdur. Digər tərəfdən, yazda və yayın əvvəllərində yağan yağışlar da taxılçıların dadına çatmışdır.

Siyəzəndə biçin zamanı təhlükəsizlik məsələlərinə də xüsusi diqqət verilir. Quraqlıq  ərazidəki taxıl sahələrinin yanğınla üzləşməməsi üçün rayonun əlaqədar təşkilatları  xüsusi iş rejiminə keçib. Taxıl biçini zamanı yanğın törədəcək bütün məsələlər öncədən nəzərə alınıb. Taxıl sahələri arasına atılan şırımlar hər axşam yenilənir, yaradılan xüsusi briqadalar növbəli şəkildə taxıl sahələrini nəzarətdə saxlayırlar.

Hazırda rayonda 20 kombayn var. Onların hamısı işlək vəziyyətdədir. Cənub rayonlarından da kombaynlar biçinə cəlb edilib. Cəlilabad, İmişli, Sabirabad rayonlarından biçinə kömək məqsədilə gələn kombaynların biçinə qoşulması ilə iş daha da sürətlənib. Yanacaq məsələləri də lazımi qaydada həll olunub. Biçin başlayandan heç bir kombaynçı yanacaq və sürtkü yağları ilə bağlı problemlə üzləşməyib.

Rayonda taxıl biçini artıq sona çatmaq üzrədir. Arpa tam biçilib, buğda biçini tezliklə yekunlaşacaq.

 

Akif ƏLİYEV,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM