“Azercell” növbəti məzunlarını yola salıb
“Azercell Telekom” MMC tərəfindən ölkəmizdə sahibkarlığın və innovasiya mühitinin inkişafına dəstək məqsədilə yaradılan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində “Barama Graduation Ceremony” tədbiri keçirilib. Bu, Barama Mərkəzinin PAŞA Bankın dəstəyi ilə həyata keçirdiyi ikinci startap inkubasiya proqramının bağlanış mərasimi olub. Tədbir çərçivəsində artıq məzun olan, eləcə də mərkəzdə fəaliyyətini davam etdirəcək startaplar iştirak edib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov mərkəzin fəaliyyətindən və bu illər ərzində həyata keçirdiyi layihələrdən söz açaraq 9 il ərzində Barama Mərkəzinin 70-dən çox startap layihəyə dəstək olduğunu, onlardan 45-nin uğurlu biznes qurduğunu, mərkəz tərəfindən reallaşdırılan layihələrin həm yerli, həm də beynəlxalq qurumlar tərəfindən böyük maraqla qarşılandığını bildirib.
Tədbirdə proqramı uğurla başa vurmuş startapın adı açıqlanıb. Belə ki, “Barama İnkubasiya Proqramı”nı keçərək bu gün məzun olan və uğurlu şirkətə çevrilən “Technote Media” şirkəti ən yaxşı startap seçilib. “Technote Media” Azərbaycanda və dünyada texnologiya, sosial media, elektron ticarət, rəqəmsal marketinq və startap sahələrində baş verən ən son yenilikləri doğma dildə öz istifadəçi kütləsinə çatdıran yerli informasiya agentliyidir. Barama Mərkəzində fəaliyyət göstərən zaman bir çox uğurlara imza atan və ölkəmizi Web Summit, The Next WEB, Cannes Lions və s. kimi texnologiya sahəsində keçirilən dünyanın ən nüfuzlu tədbirlərində təmsil edən ilk və yegənə media qurumu olub.
Məzun olan digər startaplar arasında müştərilərinə yerli istehsal hesabına hazırlanmış GPS izləmə cihazları və sistemi təklif edən “Automaks”, istifadəçilərə reklama baxmaqla pul qazanmaq, şirkətlərə isə reklam strategiyalarını daha effektiv həyata keçirməyə imkan verən, effektivliyi təmin etmək üçün müxtəlif texnologiyalardan istifadə edən mobil tətbiqin hazırlanmasını nəzərdə tutan “BonAdve”, elektron qan donorluğu platformasını hazırlayaraq qana ehtiyacı olan xəstələrin sürətli və effektiv formada donor tapmasını təmin edən “e-Donor”, istifadəçilərinə müəyyən büdcə daxilində səyahət planlaması imkanı yaradan “Tripparo” və sürücülərin sükan arxasında yuxulayaraq qəza şəraiti yaratmasının qarşısını alan innovativ eynəyin hazırlanmasını əhatə edən, həmçinin Azərbaycanı Seedstars 2017 qlobal startap müsabiqəsində təmsil edən “WakeMeUp” startapları olub.
Tədbirdə Baramada fəaliyyət göstərən və artıq məzun olan startaplar mərkəzin onların inkişafında müstəsna xidmətlərindən söz açaraq gənclərin öz innovativ fikirlərini həyata keçirməsi və uğur qazanması üçün lazım olan vəsait, resurs və biliklərlə təmin olunduqlarını vurğulayıblar. Mərasimin sonunda startaplara sertifikatlar və “Azercell” tərəfindən hədiyyələr təqdim olunub.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
Fransanın Azərbaycanın uğurlarını seyr etməkdən başqa yolu yoxdur
25 Aprel
Azərbaycan və Ermənistan arasında delimitasiya istiqamətində koordinatların dəqiqləşdirilməsi proses...
25 Aprel
Tərəfdaşlıqdan strateji müttəfiqliyə
25 Aprel
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!