Alternative content

01:16 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanlı investor Smolensk vilayətində logistika mərkəzi inşa etməyi planlaşdırır
Azərbaycanlı investor Smolensk vilayətində logistika mərkəzi inşa etməyi planlaşdırır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:08 05.08.2018

 

Azərbaycanlı investor Smolensk vilayətində logistika mərkəzi inşa etməyi planlaşdırır.

Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski bu haqda “Vilayətlə üzbəüz” (“Litsom k oblasti”) televiziya verilişinin efirində danışıb. Qubernator tərəvəz anbarları tikintisi barədə sualın cavabında bildirib ki, bu mövzuda azərbaycanlı investorlarla danışıqlar aparılır.

A.Ostrovski deyib: “Şəmkir aqroparkında səmərəli fəaliyyət göstərən logistika mərkəzinin işi ilə tanış olmaq üçün yaxın vaxtlarda Azərbaycana səfər etməyi planlaşdırıram. Bu obyekti inşa etmiş investor bizim regionda da analoji mərkəz tikintisi məsələsini nəzərdən keçirir. Vilayət administrasiyası və şəxsən mən ona hərtərəfli kömək göstəririk”.