Alternative content

07:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Clarte” klarnet kvarteti Qəbələ səhnəsində
“Clarte” klarnet kvarteti Qəbələ səhnəsində
ANA SƏHİFƏ / Mədəniyyət
10:08 04.08.2018

X Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 4-də Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə daha bir konsert proqramı təqdim edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kamera musiqisi həvəskarlarının budəfəki qonağı “Clarte” klarnet kvarteti olub.

Kollektiv 2016-cı ildə Xalq artisti Şükür Səmədovun təşəbbüsü ilə yaradılıb. Kvartetin bədii rəhbəri Anar Məmmədovdur. Tərkibinə istedadlı klarnet ifaçıları Məmməd Rəcəbli, Şərif və Emil Bağırovların daxil olduğu kvartet yarandığı gündən bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.

Konsertdə A.Ponçiellinin “İl Conveğno”, İ.Kohanın “Konzertstück a la feidman”, Ü.Hacıbəylinin “Sənsiz”, H.Stalpersin “Clovnery for ciarinets”, İ.Ştrausun “Perpetuum Mobile”, T.Quliyevin “Sən mənimsən, mən sənin”, “Zibeydə”, G.Feidmanın “Kiezmer Freilach”, M.Ceksonun “Billie Yean”, İ.Volantenin “American feeling” əsərləri səsləndirilib.

Kvarteti pianoda Aslan Aslanov, Ceyhun Əliyev, zərb alətlərində Ramiz Sevdiməliyev müşayiət ediblər.