04 Avqust 2018 10:08
557
Səhiyyə
A- A+

Maddələr mübadiləsini sürətləndirən beş vərdiş

 

Maddələr mübadilənizi sürətləndirmək və gün ərzində 200-500 kalori artıq sərf etmək istəyirsinizsə, onda hər səhər bu beş sadə hərəkəti edin. Artıq bir həftə sonra nəzərəçarpacaq fərqin şahidi olacaqsınız.

AZƏRTAC “Domaşniy oçaq” nəşrinə istinadla xəbər verir ki, səhər gimnastikası təkcə gümrahlıq və yuxudan ayılmağın sınanmış üsulu deyildir, həm də metabolizmi hərəkətə gətirən güclü motordur.

Məhz səhər məşqləri maddələr mübadiləsini qızışdırır. Nəticədə orqanizm gün ərzində piyləri xüsusi intensivliklə parçalayaraq enerjiyə çevirir.

Açıq havada səhər gimnastikası daha səmərəlidir, çünki məhz səhər saatlarında günəş işığı metabolizmi stimullaşdırır. Səhərlər cəmi 20 dəqiqə fiziki fəallıq bədəninizi piyləri parçalayıb enerji əmələ gətirən kiçik, amma çox səmərəli “zavoda” çevirir.

Əgər orqanizminizin gün ərzində 200 kalori artıq sərf etməsini istəyirsinizsə, səhər gimnastikasına 2,5 dəqiqəlik intensiv fiziki hərəkətlər daxil edin. Məsələn, qısa məsafəyə son sürət həddində qaçış, iplə tullanma, yaxud döşəmədə qollar üzərində dartınma. Cəmi-cümlətani 2,5 dəqiqə. Nəticədə orqanizminiz gün ərzində piy ehtiyatı toplamaqla deyil, onu sərf etməklə məşğul olur. Əsl möcüzədir!

Səhər yeməyini yuxudan ayılandan ən çoxu 40 dəqiqə sonra yeməlisiniz. Səhər menyusu çox sağlam və tutumlu olmalıdır. Yumurta, yulaf, kəsmik, təzə meyvə-tərəvəz günə yaxşı başlamaq üçün ideal məhsullardır. Bir fincan qəhvə içməyi də unutmayın. Qəhvə metabolizm üçün ən yaxşı içkidir. Yalnız aludə olmayın.

Həftədə cəmi 10 dəqiqə kifayətdir ki, maddələr mübadiləniz saat mexanizmi kimi işləsin. Piylərin parçalanması ilə müqayisədə əzələlərin böyüdülməsi daha çox kalori tələb edir və deməli, metabolizminiz də fəallaşır.

Zülal və dənli bitkilər barədə məlumatlısınız, amma antioksidantlarla zəngin meyvə və giləmeyvələrin faydalı xüsusiyyətlərini unudursunuz. Çünki məhz antioksidantlar hətta ən ləng maddələr mübadiləsini normallaşdırmağa kömək edir. Təzə meyvə və giləmeyvələrlə qəlyanaltı etmək dadlı, çox faydalı və əziyyətsizdir. Xüsusən də bədən quruluşunuz üçün.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video