Alternative content

02:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropada qızmar yay: alimlər həyəcan təbili çalır
Avropada qızmar yay: alimlər həyəcan təbili çalır
ANA SƏHİFƏ / DÜNYA
10:08 04.08.2018

 

İqlim dəyişikliyi ilə bağlı tədqiqat aparan alimlər İsveçrədə mal-qaranın quraqlıqdan tələf olmasını, İsveçdə meşə yanğınlarını, Avstriyadakı dağların zirvəsində buzların əriməsini, Londonda kondisionerlərin sıradan çıxması hallarını, Qrenlandiyada buz dağının əriməsini qlobal istiləşmənin əlaməti kimi qiymətləndirirlər.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Oksford Universitetində iqlim dəyişikliyi ilə bağlı xüsusi şəbəkə yaradılıb. Tədqiqatlar nəticəsində məlum olub ki, bu il Arktik dairəsində də rekord səviyyədə istilər qeydə alınıb. Skandinaviya ölkələrində – Norveçdə, İsveçdə, Finlandiyada tarixin ən yüksək temperaturu meşə yanğınları və quraqlıqla nəticələnib.

Fransa Elmi Araşdırmalar Mərkəzinin iqlim dəyişikliyi laboratoriyasının direktoru Fransua Mari Brion bildirib ki, əvvəllər isti havalar hər on ildə bir dəfə müşahidə olunurdusa, indi Avropanın qərbi iki ildən bir qızmar yay və quraqlıqla qarşılaşır. Onun sözlərinə görə, bu, açıq-aşkar iqlim dəyişikliyinin əlamətidir və dəniz səviyyəsinin qalxması ən qorxulu haldır. Alim diqqətə çatdırıb ki, hər il dənizin səviyyəsi 3-4 millimetr qalxır və təəssüf ki, bu proses davam edəcək.

Nobel mükafatı laureatı Jan Juzel hələ 2007-ci ildə konfranslardan birində demişdi ki, 2060-cı ildən etibarən Avropada istilər hər il 70 min insanın ölümünə səbəb olacaq. Alim qeyd edib: “Həqiqətən də biz başqa bir dünyada yaşamağa başlayırıq. Əgər qlobal istiləşməyə qarşı mübarizə gücləndirilməsə, o zaman Avropa əhalisi alışdığı iqlim şəraitindən məhrum olacaq”.

Oksford Universitetinin alimlərinin fikrincə, bu yay “köhnə qitə”də baş verənlər professor Juzelin proqnozlarını təsdiq edib. Avstriyada 1767-ci ildən sonra qeydə alınan ən isti havalar nəticəsində Alp dağlarında buzlağın əriməsi isə gələcək təhlükələr barədə siqnaldır. İsveçrədə baş verən quraqlıq daha ciddi nəticələr doğurub. İsveçrə Helikopter Assosiasiyasının sədri Kristian Qarmann deyib: “Vəziyyət çox ciddidir. Dörd əsrdir inəklərin su içdiyi çeşmələr və bulaqlar quruyub, bir çox yerlərdə quraqlıq mal-qaranın tələf olmasına səbəb olur. Fermerlər onları kəsmək məcburiyyətində qalıblar”.