04 Avqust 2018 10:08
623
Səhiyyə
A- A+

Ağciyər xərçəngi ilə bağlı ölüm halları arta bilər

Dünya Səhiyyə Təşkilatı (DST) 52 ölkədə ölüm hallarına aid məlumatlar əsasında bir sıra tədqiqatlar aparıb.

AZƏRTAC “Cancer Research” dərgisinə əsasən xəbər verir ki, araşdırmanın nəticələrinə görə 2030-cu ilə qədər qadınlar arasında ağciyər xərçəngi səbəbindən baş vermiş ölüm hallarının 43 faiz artacağı ehtimal edilir. Tədqiqatın nəticələrinə əsasən, yüksək gəlir qrupuna aid olan ölkələrdə ağciyər xərçəngi ilə əlaqədar ölüm hallarının aşağı gəlirli ölkələrə nisbətən daha yüksək olacağı gözlənilir.

DST 2015-ci ildə ağciyər xərçəngi səbəbindən təxminən 1,7 milyon nəfərin vəfat etdiyini açıqlayıb.

Tədqiqatçılar, səhiyyə mütəxəssisləri və siyasətçilərin ağciyər xərçənginin sağlamlığa və iqtisadiyyata mənfi təsirlərini azaltmaq məqsədilə bu sahəyə aid qlobal strategiyaları inkişaf etdirəcəklərini bildiriblər. Mütəxəssislər tədqiqatın getdikcə geniş vüsət alan ağciyər xərçəngi haqqında maariflənmənin artması baxımından da əhəmiyyətli olduğunu qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video