Alternative content

17:48 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan hökuməti güzəştə getməyə məcbur olub
Ermənistan hökuməti güzəştə getməyə məcbur olub
ANA SƏHİFƏ / DÜNYA
10:08 04.08.2018

Ermənistanın yeni hökuməti Rusiyanın sərt mövqeyi və Kremldən ard-arda gələn bəyanatlar qarşısında geriyə addım atmağa məcbur olub.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, baş qərargahı Moskvada yerləşən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) saytında bu qurumun Yerevanda həbsdə olmuş baş katibi Yuri Xaçaturovun Rusiya paytaxtına gəldiyi və öz səlahiyyətlərinin icrasına başladığı bildirilir.

KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov da bu məlumatı təsdiqləyərək əlavə edib ki, avqustun 4-dən təşkilatın Ermənistandan olan baş katibi Moskvaya gələrək öz vəzifələrinin icrasına başlayıb.

Ermənistanın Xüsusi Təhqiqat Xidmətinin Xaçaturova qarşı irəli sürdüyü ittihamda deyilir ki, o, 2008-ci il martın 1-də Ermənistan silahlı qüvvələrinin Yerevan qarnizonunun komandanı olduğu vaxt konstitusiya quruluşunu pozub və etiraz aksiyası zamanı insanların qətlə yetirilməsinə rəhbərlik edib. KTMT-nin baş katibi həbs edilib, sonra girov müqabilində və istintaqla əməkdaşlıq etməsi şərti ilə azadlığa buraxılıb. Diqqəti cəlb edən məqam ondan ibarətdir ki, Xaçaturovun həbsdən azad edilməsi Moskvanın kəskin bəyanatlarından sonra baş verib.