Alternative content

17:50 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb
“Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında ingilis dilində məqalələr yaradılıb
ANA SƏHİFƏ / Elm və texnika
05:08 04.08.2018

 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə Azərbaycanın Milli qəhrəmanları - Mikayıl Cəbrayılov, Mövsüm Məmmədov, Zakir Yusifov, Əliyar Əliyev, Səfiyar Behbudov, Mehdi Abbasov və Aslan Atakişiyevin həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

Mərkəzin könüllüləri tərəfindən xarici dillərdə olan “Vikipediya”larda digər Milli qəhrəmanlarımız haqqında da məqalələrin yaradılması prosesi davam edir.