Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:45 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericilik təkmilləşdirilir
Ünvanlı dövlət sosial yardımı ilə bağlı qanunvericilik təkmilləşdirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:08 04.08.2018

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sosial yardım sistemində aparılan islahatlar bu sistemdə ünvanlılığın, şəffaflığın və sosial ədalətin tam bərqərar olmasına yönəlib. Əsas hədəflər, həmçinin ünvanlılıq prinsipi pozulmaqla təyin olunmuş yardımların dayandırılması, digər tərəfdən, sosial yardıma ehtiyacı olsa da bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi, yardım alan ailələrin potensial imkanları müqabilində özünüməşğulluq proqramına transfer olunmasıdır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmış İşçi Qrupunun növbəti iclasında deyib.

Nazir diqqətə çatdırıb ki, İşçi Qrupu yaradıldıqdan sonrakı dövrdə mövcud vəziyyət araşdırılmaqla nəticəsinə uyğun qısamüddətli və ortamüddətli dövr üzrə atılacaq addımlar müəyyən edilib. Ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edən hallar aşkarlanaraq onların aradan qaldırılması, vətəndaşlarda narazılıq yaradan belə hallara yol vermiş əməkdaşlarla bağlı inzibati tədbirlərin görülməsi, sosial yardımların təyinatında ciddi nöqsanlara yol verdiyi müəyyənləşmiş Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi rəhbərlərinin işdən azad edilməsi, sosial yardım almaq üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsinin şəffaf şəkildə təşkili, həmin müayinəni həyata keçirən əməkdaşların fəaliyyətinə nəzarətin gücləndirilməsi və s. istiqamətlərdə müvafiq işlər aparılıb. Bu işlər hazırda da davam etdirilir.

S.Babayev bildirib ki, ünvanlı sosial yardım alan ailələrin təxminən 40 faizinin tərkibində əmək qabiliyyətli insanlar var. Belə ailələrin özünüməşğulluq proqramına geniş şəkildə cəlb olunması üçün təkmil və səmərəli iş mexanizmi hazırlanmaqdadır. Ümumilikdə, sosial yardım sisteminin təkmilləşdirilməsi, sosial yardım proqramının sosial cəhətdən daha həssas ailələrə, əlilliyi olan insanlara yönəldilməsi, sosial yardım üçün müraciət prosedurunun sadələşdirilməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, habelə ünvanlı sosial yardım proqramının özünüməşğulluq və digər aktiv əmək bazarı proqramları ilə əlaqələndirilməsinin təmin edilməsi üçün müvafiq qanunvericilik aktlarında da təkmilləşdirmələr aparılması nəzərdə tutulub.

İclasda İşçi Qrupunun gördüyü işlər, yeni araşdırmaların nəticələri, hazırlanan yeni qanunvericilik layihəsi müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM