Alternative content

17:59 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransada AES reaktorları isti üzündən dayandırılır
Fransada AES reaktorları isti üzündən dayandırılır
ANA SƏHİFƏ / DÜNYA
02:08 04.08.2018

Fransada isti hava ucbatından atom elektrik stansiyalarının iki reaktoru dayandırılmışdır. Bunlardan biri Rona çayının sahilindəki Büje AES-in, digəri isə Sent-Alban AES-in reaktorudur.

Bu tədbirin köməyi ilə fransalı energetiklər reaktorların soyudulması üçün istifadə olunan su çənlərinin qızmasının qarşısını almağı planlaşdırırlar. Analoji səbəbdən Almaniyada bir neçə AES işini azaltmaq məcburiyyətində qalmışdır.

Bu arada almaniyalı fermerlər isti hava və quraqlıq üzündən düşdükləri ziyanı kompensasiya etmək xahişi ilə hökumətə müraciət etmişlər. Almaniya Kəndlilər İttifaqının prezidenti Yoahim Rukvid mümkün kompensasiyanı 1 milyard avro məbləğində qiymətləndirmişdir. Onun fikrincə, ilk addım kimi fövqəladə vəziyyət rejimi tətbiq olunmalıdır. Bu, vəsaitin ayrılması üçün qanuni əsas olacaq. Rukvidin dediyinə görə, köməyə ilk növbədə son illərin orta göstəricisi ilə müqayisədə məhsulu 30 faizdən çox azalmış fermer təsərrüfatları ehtiyac duyurlar.