Alternative content

16:18 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT sülhməramlıları Colana qayıtdılar
BMT sülhməramlıları Colana qayıtdılar
ANA SƏHİFƏ / DÜNYA
02:08 04.08.2018

BMT-nin sülhməramlı qüvvələri (UNDOF) Suriya və İsrail qoşunlarının təmas xətti rayonunda, Colan təpələrində  patrul xidmətini bərpa etmişdir. BMT Baş katibinin rəsmi nümayəndəsi Fərhan Haqq bildirmişdir ki, söhbət “mavi dəbilqəlilər”in tədricən bufer zonasına qayıtmasından gedir. Lakin şərait imkan versə, BMT-nin qüvvələri UNDOF missiyasının tam formatında regiona qayıtmağa hazırdır.

Bundan əlavə, Colan yüksəkliklərində tezliklə tərk edilmiş Kuneytra şəhərində sərhəd məntəqəsi işə başlamalıdır. İsrail qoşunları ilə təmas xətti boyunca yerləşən region bu yaxınlarda yenidən Suriya ordusunun nəzarətinə keçmişdir.

“Mavi dəbilqəlilər”in patrullarını Rusiya ordusunun nümayəndələri müşayiət edirlər. Hərbisizləşdirilmiş zonada həmçinin Rusiya hərbi polisinin səkkiz müşahidə postu qurulacaq. Vəziyyət sabitləşdikdən sonra postlar Suriya qoşunlarına təhvil veriləcək.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM