Alternative content

07:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Terrorçular uşaqları Suriyada döyüşməyə məcbur edirlər
Terrorçular uşaqları Suriyada döyüşməyə məcbur edirlər
ANA SƏHİFƏ / DÜNYA
02:08 04.08.2018

YPG/PKK terrorçuları uşaqları silahlandırmaqda davam edir və onların öz ailələri ilə görüşməsinə imkan vermirlər. Bu barədə Suriya İnsan Hüquqlarına Riayət Olunmasının Monitorinqi Mərkəzinin hesabatında məlumat verilir.

Təşkilatın hesabatında deyilir ki, ötən illə müqayisədə YPG/PKK-nın sıralarına cəlb olunmuş uşaqların sayı kəskin şəkildə artmışdır: “Silahlı qruplaşmalar uşaqları döyüş əməliyyatlarına cəlb etməməlidir. 18 yaşından aşağı olan şəxsləri silahlı qruplaşmalara cəlb etmək qanunsuzdur, 15 yaşından aşağı yeniyetmələrə silah vermək isə ümumiyyətlə hərbi cinayət hesab olunur”.

Düşərgələrdəki uşaqlar valideynlərinin xəbəri olmadan oğurlanmışlar. İndiyədək valideynlər övladlarının aqibəti barədə heç bir məlumat ala bilmirlər. Hesabatda vurğulanır ki, ABŞ uşaqların döyüş əməliyyatlarına cəlb olunmasına son qoymaq üçün dəstəklədiyi silahlılara təzyiq göstərməlidir.

Hesabatda həmçinin oğurlanmış səkkiz uşağın ailələri ilə müsahibə əksini tapmışdır. Bu ailələrdən 13-17 yaşlı 6 qız və 2 oğlan oğurlanmışdır. Onların hamısı təlim düşərgələrində saxlanılır. Oğlanlardan biri Rəqqə döyüşlərində həlak olmuşdur.

Hesabatda qeyd olunur ki, ötən il YPG/PKK 224 uşağı silahlandırmışdır. Bu, 2016-cı illə müqayisədə beş dəfə çoxdur.