Alternative content

04:09 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyada milyonlarla router təhlükə qarşısındadır
Dünyada milyonlarla router təhlükə qarşısındadır
ANA SƏHİFƏ / DÜNYA
02:08 04.08.2018

“Trustwave” şirkətinin təhlükəsizlik mütəxəssisləri “MikroTik” şirkətinin marşrutlayıcılarına qarşı həyata keçirilmiş genişmiqyaslı haker hücumunu aşkar ediblər. Onlar tədqiqatın nəticələrini öz saytlarında dərc ediblər.

AZƏRTAC “rambler.ru” saytına istinadla xəbər verir ki, hakerlər routerləri brauzerdə kompüter sahibindən gizlicə kriptovalyuta əldə etməyə imkan verən “Coinhive” skriptinin surəti ilə yoluxdurublar. Haker hücumunun hədəfi əvvəlcə Braziliya sakinləri olub. Hakerlər ilk mərhələdə ölkədəki təxminən 7200 “MikroTik” marşrutlayıcısına müdaxilə ediblər. Hazırda 200 mindən çox qurğu haker hücumuna məruz qalıb.

Mütəxəssislər hesab edirlər ki, hakerlər “Winbox” komponentindəki “0 gün” boşluğundan istifadə ediblər. “MikroTik” şirkəti artıq növbəti gün bu problemi aradan qaldırıb, ancaq bir çox istifadəçi indiyədək lazımi təhlükəsizlik paketini quraşdırmayıb.