Alternative content

08:21 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qubernator A.Burkov: Omsk vilayəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Qubernator A.Burkov: Omsk vilayəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
02:08 04.08.2018

Omsk vilayəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır. AZƏRTAC Rusiya Federasiyasının Omsk Quberniyası qubernatorunun saytına istinadla xəbər verir ki, regionun başçısı Aleksandr Burkov bunu Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərovla görüşündə bildirib.

Qubernator deyib: “Rusiya ilə Azərbaycanı möhkəm dostluq münasibətləri bağlayır. Bu, Omsk vilayəti və regionun daimi xarici ticarət tərəfdaşlarından biri olan Azərbaycan Respublikası arasındakı əməkdaşlıq üçün də səciyyəvidir. 2017-ci ilin yekunlarına görə, Omsk vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi 16,7 milyon dollar təşkil edib. Regionun və Azərbaycanın iqtisadiyyatlarının neft-kimya və aqrar-sənaye kompleksləri, maşınqayırma kimi sahələrində çoxlu təmas nöqtəsi mövcuddur. Son vaxtlar istehsal həcmlərinin artması və əmtəə dövriyyəsinin genişlənməsi meyli müşahidə olunur”.

Kənd təsərrüfatı, neft-kimya və kimya sənayesi sahələrini əməkdaşlığın inkişafı üçün daha mühüm sahələr adlandıran qubernator təchizatın necə həyata keçirilməsi barədə məlumat verib. Onun sözlərinə görə, butilen-butadiyen fraksiyası Azərbaycandan idxal edilən əsas xammaldır. Omskın “Titan” şirkətlər qrupu fraksiyanı “Azərkimya” istehsalat birliyindən satın alır. “Titan” şirkətlər qrupu SOCAR şirkəti ilə qarşılıqlı neft-kimya xammalı təchizatını da təşkil etməyi planlaşdırır.

A.Burkov deyib: “Omsk regionunun müəssisələri neft-kimya kompleksində istifadə olunan məhsullar göndərməyə hazırdırlar. Bunlar dəmir yolu nəqliyyatı üçün rezin-kord, rezin-metal və poliuretan məmulatıdır. Neft-qaz, kimya və neft-kimya sənayesi üçün boru kəmərlərinin birləşdirici detallarını göndərməyə də hazırdırlar. Birgə istehsalatların yaradılması perspektivlidir”.

Ötən il Bakıda Omsk vilayətinin kiçik və orta sahibkarlıq subyektlərinin iki biznes missiyasının baş tutduğunu xatırladan qubernator bildirib ki, 2018-ci ildə Omsk vilayətinin rəsmi və işgüzar nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. A.Burkov deyib: “Omsk vilayəti ölkənizlə əməkdaşlıqda maraqlıdır. Mən Omsk vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərində şəxsən iştirak etməyi planlaşdırıram və bu səfərin təşkilində sizin dəstəyinizə ümid bəsləyirəm”.

Baş konsul İlqar İsgəndərov qubernatoru əmin edib ki, həmin səfərin yüksək səviyyədə keçməsi üçün öz tərəfindən mümkün olan hər şeyi edəcək. Diplomat deyib: “İlk növbədə Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin çox yüksək səviyyədə olduğunu nəzərə alan Azərbaycan rəhbərliyi hazırda regional qarşılıqlı fəaliyyətə, regional əməkdaşlığa böyük əhəmiyyət verir. Bu gün qarşılıqlı münasibətlərin inkişaf etdiyini deməyə hər cür əsasımız var. Rusiya Federasiyasının hər bir regionunun öz spesifikası, öz prioritetləri və Azərbaycanla münasibətlərə öz baxışları var”.