Alternative content

04:11 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qəbələ: kamera konsertində dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib
Qəbələ: kamera konsertində dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib
ANA SƏHİFƏ / Mədəniyyət
01:08 04.08.2018

Uğurla davam edən X Qəbələ Beynəlxalq Musiqi Festivalının altıncı günündə - avqustun 4-də günorta saatlarında Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılar Azərbaycanın tanınmış gənc musiqiçilərinin təqdimatında növbəti konsert proqramını izləyiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertdə P.İ.Çaykovskinin “Violin, violençel və fortepiano üçün trio”, C.Rossininin “Seviliya bərbəri” operasından Fiqaronun ariyası, V.Məmmədzadənin “Simli kvartet”, P.Sarasatenin “Qaraçı nəğmələri”, S.Raxmaninovun “Vokaliz”, V.A.Motsartın “Sonata”, L.Dentsanın “Funiculi Funicula”, E.de Kurtisin “Non ti scordar di me”, Ç.A.Biksionun “Mamma”, F.Bədəlbəylinin “Dəniz” əsərləri səsləndirilib.

Tamaşaçılar 2012-ci ildə İslam ölkələri arasında keçirilən beynəlxalq müsabiqənin qalibi, pianoçu Zuleyxa Usubovanın, tanınmış violençel ifaçısı, dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində olmuş Əyyub Əliyevin, adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdünə layiq görülən violin ifaçıları Anar Seyidov və Fəridə Rüstəmovanın, gənc və istedadlı pianoçular Fəqan Həsənli, Ülviyyə Kazımova və Çinarə Kərimovanın, beynəlxalq müsabiqələrin qalibi Mahir Tağızadənin (bariton) və digər musiqiçilərin ifalarını böyük həvəslə dinləyiblər.