Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:46 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vərəsələrinə birdəfəlik ödəmələr veriləcək şəhid hərbi qulluqçuların siyahısı sentyabrda dərc ediləcək
Vərəsələrinə birdəfəlik ödəmələr veriləcək şəhid hərbi qulluqçuların siyahısı sentyabrda dərc ediləcək
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 04.08.2018

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yaradılmış komissiyanın növbəti iclası olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkə başçısının uğurlu sosial siyasətinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Nazir bildirib ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2 avqust 2018-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan insanlara xüsusi qayğının daha bir əyani təsdiqidir. Bu il ƏƏSMN tərəfindən 207 mənzilin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə verilməsi planlaşdırılıb. Qeyd olunan Sərəncam isə daha 300 mənzilin alınması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 20 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutur ki, bu da cari ildə 500-dən çox mənzilin alınaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunmasına imkan verir.

S.Babayev 19 aprel 2018-ci il tarixli Fərmanın da şəhid ailələrinin sosial müdafiəsində mühüm addım olduğunu qeyd edib. O, Fərmanın icrasının tam şəffaf, vətəndaş məmnunluğuna səbəb olacaq şəkildə yerinə yetirilməsi üçün komissiya tərəfindən ötən dövrdə aparılan işlər haqqında məlumat verib. Nazir vurğulayıb ki, ƏƏSMN-in müəyyən etdiyi formalara uyğun olaraq, artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını, Ədliyyə Nazirliyi həmin şəhid hərbi qulluqçulardan sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olanların siyahısını, Dövlət Sığorta Kommersiya Şirkəti isə vərəsələrinə sığorta ödənişi verilmiş hərbi qulluqçuların siyahısını nazirliyə təqdim edib. Hazırda bu siyahılar üzərində müvafiq dəqiqləşdirmə işləri aparılır. Həmin işlərin sentyabr ayında yekunlaşdırılması planlaşdırılır.

Nazir dəqiqləşdirilmiş yekun siyahının gələn ay ərzində nazirliyin rəsmi saytında dərc ediləcəyini deyib. O qeyd edib ki, siyahının dərc edilməsi və vətəndaşların həmin siyahı əsasında vərəsəlik hüquqlarını təsdiq edən sənədləri almaq üçün notariat orqanlarına müraciət etmələri barədə əhalinin kütləvi informasiya vasitələri vasitəsilə geniş məlumatlandırılması təmin olunacaq. Aidiyyəti elektron sistemlər arasında əlaqə qurulacaq və vətəndaşa həmin vərəsəlik sənədi verildiyi andan (saat və dəqiqə qeyd olunmaqla) o, nazirliyin elektron sistemində növbəyə götürüləcək. Yəni növbəliliyin tərtibi prosesində insan faktoru iştirak etməyəcək, bu, elektron qaydada, tam obyektiv şəkildə həyata keçiriləcək. Birdəfəlik ödənişlər də məhz növbəlilik əsasında həyata keçiriləcək.

İclasda həmçinin komissiyanın qarşısında duran vəzifələrin icrası, müvafiq siyahılar əsasında dəqiqləşdirilmiş yekun siyahının tərtibi məsələləri müzakirə olunub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM