Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:59 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda böyük coşqu ilə yadda qalıb
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda böyük coşqu ilə yadda qalıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:08 04.08.2018

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində təşkil olunan növbəti tədbir Qusar şəhərində yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük coşqu ilə qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar şəhəri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan festival çərçivəsində bayram tədbirinin keçirildiyi 13-cü bölgədir. İyun ayından start verilən festivala bundan əvvəl Masallı, Lənkəran, Salyan, Sabirabad, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı, Füzuli rayonunun Horadiz şəhəri və Ağdamın Quzanlı qəsəbəsi ev sahibliyi edib.

Avqustun 3-də Qusar şəhərinin mərkəzindəki General Mahmud Əbilov adına meydanda təşkil olunan tədbirin əvvəlində bölgələrimizin mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin nümayiş etdirildiyi sərgi təqdim olunub. Mədəniyyət Nazirliyinin 15 regional mədəniyyət idarəsi tərəfindən qurulan festival çadırları yerli sakinlər və qonaqların marağına səbəb olub.

Festivalın açılış mərasimində bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir.

Tədbirin əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə ölkəmizin bütün bölgələrini əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaratdığını vurğulayıblar.

Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin təbliği istiqamətində mütəmadi layihələr icra olunur. 2010-2014-cü illərdə reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqram çərçivəsində beş il ərzində, ümumilikdə, 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, ilboyu çoxsaylı tədbirlər keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib.

2015-2016-cı illərdə nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə həyata keçirilib, konsert və sərgilər təşkil edilib.

Çıxışlardan sonra regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin müdiri Nazim Ağayev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. “Azərbaycanın şimal bölgəsi geniş turizm imkanlarına malikdir. Bu regionun qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Bu möhtəşəm yaradıcılıq festivalının yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq”, - deyə Nazim Ağayev bildirib.

Festivalda Ağdaş Regional Mədəniyyət İdarəsini təmsil edən Məlahət Məmmədova deyib: “Bu festivalın iştirakçısı olmaqdan məmnunam. Öz bölgəmizi təmsil etmək, festivala qatılan qonaqlara rayonumuz haqda, sərgidə təqdim olunan mədəni irs nümunələri barədə məlumat vermək olduqca xoşdur”.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Rafael Tağızadə isə tədbir haqqında təəssüratlarını bölüşərkən qeyd edib ki, festival bölgələr arasında mədəni mübadilənin daha da dərinləşməsinə təkan verəcək, regionlararası yaradıcılıq əlaqələri genişlənəcək.

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində növbəti tədbir avqustun 4-də Sumqayıt şəhərində təşkil olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM