Alternative content

09:16 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb
Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb
ANA SƏHİFƏ / DÜNYA
01:08 04.08.2018

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qəza Krasnoyarsk ərazisində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində helikopterdə olan 18 nəfərin hamısı ölüb. Onlardan 15-nin sərnişin, 3-nün isə ekipaj üzvü olduğu vurğulanır. Rusiya Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib.

Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimallara görə qəza texniki nasazlıq səbəbindən baş verib.